Həbs yerlərində korrupsiya hallarının tuğyan etməsinə dair xeyli yazılarımız və Hesabatlarımız olub. Ordakı rüşvət mexanizminin ifşa olunmasını, məhbusların necə soyğunçuluğa məruz qalmasını onların öz dilindən eşitmək daha maraqlı və əsaslıdır.

Həbsdə olan siyasi məhbus, AZEL.TV saytının baş redaktoru Əfqan Sadıqovun Bakı İstintaq Təcridxanasında korrupsiya hallarını ifşa edən məktubunu diqqətinizə təqdim edirəm. Oxuyun, görün həbsdə olan məhbuslar əlavə olaraq hansı məşəqqəti, zülmü yaşayır və onları dövlətin adı ilə necə soyub talan edirlər;

"Kürdəxanı türməsində rəis Rəşid Səfərovun açdığı bazar – Soyğunçuluq!

Mən yazım, siz də deyin görək buna vicdansızlıq, Allahsızlıq, özbaşınalıq, qaniçənlik demək olar, yoxsa yox?

– Valideyn və ailə üzvləriylə qısa görüş 150-200 manat;
– Kamerada "pletka” işlədilməsinə icazə hər ay üçün 100 manat;
– Dustaq yanına göndərilən puldan və dustaqların etap üçün Kürdəxanıdan çıxarıldığı və gətirildiyi vaxt axtarış (şmon) otaqlarından yoxlanışdan keçirildiyində üstdən çıxan puldan təxminən 15-20%-ini istəyirlər;
– Evə zəng vurmaq istəyəndə 5 manat verməsən icazə verilməyəcək;
– Televizorda yalnız Az.tv göstərilir, bütün kanalları qəsdən ayırıblar. Başqa kanallara baxmaq istəsən 150 manat ver bayırda 30 manatlıq aparatdan gətirib qursunlar;
– Türmədən cəzaçəkmə müəssisənin göndərilmə(bölgü) vaxtı hər müəssisənin şərait və yerinə görə qiyməti var, 100-500 manat;
– Büdcədən dustaqların gündəlik xərcləri üçün ayrılan pulların əvəzinə verilən yeməklər:səhər-axşam qreçqa (papuqay yeməyi), yaxud perlova verilir;
– Günorta yağsız, ətsiz sup. Qarox, makaron, düyü, perlova supu;
– 8 nəfərlik kameraya 12-15 nəfər salınır. "Prostina, balış üzülər” dəyişdirilmir. Hər ay 12-15 nəfərlik kameraya 1 dəfə ümumi 1 kq yağ, 1kq şəkər tozu verilir (payok);
– Qap-qara, içi çiy olan çörək verilir. Çörəyi sıxanda damcı-damcı su süzülür. Dustaqları mədə qıcqırması (joqa) xəstəliyinə salırlar;
– Bir yerin ağrıyanda günlərlə həkim gözləməyə məcbursan. Həkim gələndə də demək olar ki, heç bir dərman olmur. Dərman istəsən hökmən hörmət etməlisən;
– Xəstə-sağlam, bütün dustaqları eyni kameraya salırlar.

Rəis Rəşid Səfərovun Kürdəxanıdakı təcridxanasında işlətdiyi dükanında oddan bahalı qiymətləri;

– Bayırda 1 litirlik duru yağ (3man), Kürdəxanıda 4.50man.
– 0.50 qəpiklik əl-üz sabunu 1.50 manat.
– Qalina blanka 1 ədəd-0.50 qəpik.
– 1 qutu (5ədəd) göy paltar sabunu-5 manat.
– 0.50 qəpiklik dəftər-2 manat.
– 5-6 manatlıq kolbasa-12 manat.
– Qatılaşdırılmış süd(skuşonka)-3 manat.
– Paçka kofe 1 ədəd-0.60 qəpik.
– 0.60 qəpiklik makoron, vermeşil-1.80 manat.
– Toyuq 8 manat. Yumurta(zavod)0.30 qəpik.
– Qələm 0.20 qəpiklik-0.60 qəpik.
– Krassvord-1 manat.
– 1 litir qazsız su 0.80 qəpik. Və.s.

Mən Rəşid Səfərova demişdim: Prezidentin avropa standartlarına tam uyğun Peenitensiar xidməti budurmu? Prezident yalan danışır, ya siz quldurluq, ona xəyanət edirsinizə, sualıma rəisin mənə cavabı:həmişə mənim qulluğumdadır. Mənim özümə nə lazımdırsa ona deməyimi xahiş etdi. Razılaşmadığımı gördükdə:mən sənə nə pislik etmişəm, səni mən tutdurmuşam, əl çəkdə məndən, məndən nə istəyirsən? Çöldəkilərdən qurtardın indi də mənimlə başladın?!
Sonra eşitdim ki, dalımca deyirmiş: bu nə vaxt cəhənnəm olub burdan gedəcək, mənimdə canım dincələcək?
Mənə-ailəni fikirləş, tez çıx get ailənin yanına-dedi. Mən ona-Rəşid müəllim, ailəni fikirləşmək, onlara ovtomobillər, villar almaq demək deyil, onları fikirləşirəm deyə onları heç vaxt söydürmürəm mən-dedim.

P.S. Bəlkə də Rəşid Səfərov bu yazını oxuyacaq. Oxumasa da, oxuyan dost-tanışı, qohum-əqrabası ona bu haqda məlumat verəcək. Əgər dediklərimdə zərrə qədər də yalan varsa elə burdaca yaza, etiraz edə bilərlər.

Əfqan Sadıqov

AZEL.TV-nin baş redaktoru”

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300