Türkiyənin Giresun vilayətinin Güce mahalında hərbçilər tərəfindən aparılan əməliyyatlar zamanı PKK-çılara aid böyük mağara aşkar edilib.
Axar.az xəbər verir ki, terrorçuların həmin mağaradan silah-sursat və yaşayış vasitələri saxlamaq üçün istifadə etdiyi bildirilib.
Sözügedən mağaranın sonradan təhlükəsizlik qüvvələri tərəfindən yararsız hala gətirildiyi vurğulanıb.