lanır, müzakirələrə qatılır və sair.. Adam özünə virtual dünya qurub və ordan çıxmaq istəmir. Amma bunu biznesə çevirənlər də var. Özü də yetərində ciddi biznesə.

Musavat.com Türkiyə mətbuatına istinadən bu işin incə detallarını araşdırıb və ortaya maraqlı rəqəmlər çıxarıb.

Öncə ondan başlayaq ki, sosial medianın növü, təqibçi sayı və fenomenin nə qədər sevilib, populyar olması kimi detallar onların qazanclarını müəyyənləşdirir. Sosial mediada bu istiqamətdəki kampaniya məbləğləri isə bir neçə yüz dollardan başlayıb, milyon dollar qədər artır.
Sevilen üç sosial şəbəkə: Instagram, Snapchat və YouTube’da fenomenler kampaniyalardan orta hesabla nə qədər qazanır? Birlikdə nəzər salaq.

Instagram: 10 MİN TƏQİBÇİSİ OLANA MİN DOLLAR

Картинки по запросу instagram

Instagramda 100 min təqibçisi olan bir fenomenin bir paylaşım üçün qazancı 1000 dollardır. Müştərinin büdcəsi, kampaniyanın uzunluğu kimi faktorlardan asılı olaraq qiymət artıb azala bilər. Təbii ki, əgər müştəri ilə fenomenin münasibətləri bir agentlik tərəfindən tənzimlənirsə, bu halda məbləğdə bir miqdar daha artım ola bilər.

Əgər İnstaqramda ilk dəfə bir kampaniyaya girəcəksinizsə, təqibçisi 50 mindən az olan bir İnstaqram hesabı üçün hər bir paylaşıma 250 dollar ödəyərək başlamaq lazımdır. Bundan başqa, Hollivud məşhurlarının İnstaqradakı bir paylaşımının 250 min dollar olması ilə bağlı məlumatlar da var.

Snapchat: 24 saatlıq bir kampaniya 500 dollardan başlanır

Картинки по запросу snapchat

Snapchatda hədəf kütlənin böyüklüyünü bilmək mümkün deyil. Amma 35 Snapchat fenomeni ilə aparılan görüşlərdən sonra 24 saat üçün əldə etdikləri məbləğ aşğıdakı kimidir:

• 1.000-5.000 izlənmə üçün 500 dollar
• 5.000-10.000 izlənmə üçün 1,000-3,000 dollar
• 10.000-20.000 izlənmə üçün 3.000-5.000 dollar
• 30.000-50.000 izlənmə 5.000-10.000 dollar
• 50.000-100.000 izlənmə üçün 10.000-30.000 dollar

YouTube: Hər 100 min təqibçisi üçün `2 min dollar

Картинки по запросу youtube

YouTube fenomenlərinin kampaniya məbləğləri Instagram və Snapchatla müqayisədə bir az daha aşağıdır. Səbəbi isə budur ki, YouTube spesifik kütlələrə daha rahat çatır və videolu paylaşımların digərləri ilə müqayisədə daha əziyyətlə ərsəyə gəlməsidir.

1 milyon üzvü olan bir YouTube fenomeni, kampaniyası üçün 25 minlə 50 min dolar arasında bir məbləğ ala bilir. Təbii ki, bunlar YouTube üçün sektorda yazılı olmayan qaydalar olaraq bilinir. Amma 50.000-dən artıq təqibçisi olan bir hesab hər artan 100.000 təqibçiyə görə 2.000 dollar daha artıq gəlir əldə edir.

Bütün bunlara baxanda sektorda bu məsələ ilə bağlı stabil məbləğin olmadığını görürük. Vəziyyət belə olanda insanın populyarlığı, profilində marka barədə nə qədər danışacağı, kampaniyanın uzunluğu və ya təqibçi sayı kimi bir çox parametrlər qiymətlərin müəyyənləşməsində rol oynayır.

Məsələn, 2013-cü ildə illik gəliri 7,5 milyon dollar olan PeuDiePie, ötən ilin sonunda təqibçi sayını 50 milyon nəfərə çatdıraraq, illik qazancını da iki qat artırıb.

Sevinc, musavat.com

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300