Bir ay boyunca oruc tutanlar bayramdan sonra yeməyin dozasını artırsalar nələr ola bilər?

Yaxın bir neçə gündə bayramla əlaqədar olaraq süfrələrimiz xüsusi bəzədiləcək. Bir-birindən fərqli yemək növləri, şirniyyatlarla xanımlar öz məharətlərini nümayiş etdirməyə çalışacaqlar. Amma bu arada qidalanmaya xüsusi diqqət etmək lazımdır. Musavat.com Türkiyə mətbuatına istinadən bu günlərdə qida rasionumuzda nəzərə almalı olduğumuz məqamlardan yazır. Həkimlərin məsləhətinə görə, bayram günlərində bişirilən yeməklərdə yağlılıq maksimum azaldılmalıdır. Məsələn, əgər ətdən mütləq qovurma bişiriləcəksə, xörəyin içərisinə kərə yağı və ya quyruq piyi qoyulmadan öz suyunda, vam odda hazırlanmalıdır. Bundan başqa, yeməkdən sonra açılan çay süfrəsində olan şirniyyatların dadına baxmağa tələsmək lazım deyil. Ya da aralarında ən yüngül olanını seçib yemək lazımdır. Bayram günlərində qara çaydan daha çox istifadə olunur. Çay adətən, şirniyyat və şokoladlarla qəbul edilir. Bu da yağlı və kalorili qidalardan sonra mədənin işini daha da çətinləşdirir. Şirniyyat, şokoladla içilən çay mədə problemləri ilə yanaşı, yuxusuzluq və ürəyin ritm pozuntusuna səbəb ola bilər. Ona görə də, qəbul etdiyiniz kalorili bayram yeməklərindən sonra qara çay əvəzinə, yaşıl və ya bitki çayları için.

Bundan başqa, adi günlərdə fərdi pəhriz saxlayan insanlar bayram günündən dolayı qida rejimlərini pozmamalıdır. Bir ay boyunca yeməyin miqdarını azaldan şəxslər – söhbət oruc tutanlardan gedir – birdən-birə mədəsini yeməklə yükləməməlidir. Bu günlər də digər günlər kimi yemək paylarını 3 dəfəyə bölərək yüksək kaloridən qaçmaq lazımdır. Bunun üçün 3 dəfə əsas yemək vaxtı paylarını azaldıb, digər 2 dəfə ara yeməklərdən istifadə etmək gərəkdir. Ayran, qatıq, pendir kimi süd məhsullarından çox istifadə etmək lazımdır. Əgər ara və əsas qida qəbulu zamanı kalorili ət yeməkləri qəbul olunacaqsa, bu zaman kifayət qədər göyərtilər, ədviyyatlardan istifadə olunmalıdır.

Dietoloqlar bayram günlərinin menyusunu da açıqlayıb. Bayram gününün səhəri yüngül qəlyanaltı ilə başlamaq lazımdır. İkinci səhər yeməyi və ya ara yeməyində hər hansı meyvə və ya 1 stəkan qatıq, ya da ayran içmək lazımdır.

Günorta yeməyinə isə seçdiyiniz ən kalorili xörəyi qəbul edə bilərsiniz. İkinci nahar və ya ara yeməyinə isə tərəvəzlərdən ibarət salat yesəniz, sağlamlığınızı qorumuş olarsınız.
Şam yeməyinə gəlincə, ətli, yağlı yeməkləri seçməmək tövsiyə olunur.

Çay, qəhvədən istifadədə həddi aşmayın. Daha yaxşı olar ki, onları bitki çayları ilə əvəz edəsiniz.

Şirniyyatdan mümkün qədər uzaq durmağa çalışın. Un məmulatları yerinə isə südlü, meyvəli şirniyyatları seçin. Bayram günlərində bol-bol hərəkət etməyə çalışın.
Ət proteinlə bol olduğu üçün istiyə həssasdır və asanlıqla xarab ola bilər. Buzluqdan çıxarılan əti yaxşı olar ki, elə soyuducunun üst qismində buzunu açın. Çünki açıq havada və ya isidicinin üzərində buzu açılan ət zəhərlənməyə yol aça bilər. Donu açılan əti yenidən dondurmayın.

Sevinc, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300