2016-cı ildə ABŞ-da baş tutan seçkilər real deyildi.

Bunu MSNBC televiziyasına müsahibəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeo söyləyib.

"Kəşfiyyat deyirdi ki, bu seçki ruslarla bağlıdır və açığını desəm, real deyildi. Onlar buna uzun illər ərzində nail olublar. Rusiya on illərdir ki, Amerikanın demokratiyasını dağıtmağa çalışır”, – deyə o bildirib.

Pompeo ABŞ-dakı prezident seçkisinə müdaxilə əmrinin birbaşa Rusiya Prezidenti Vladimir Putin tərəfindən verilməsi barədə sualı cavablandırmayıb.

Qeyd edək ki, ABŞ bundan öncə dəfələrlə Rusiyanı ölkədəki prezident seçkisinə müdaxilədə ittiham edib. Vaşinqtonun iddiasına görə, Moskva öz müdaxilələri ilə Donald Trampı hakimiyyətə gətirmək istəyib. Tramp və Moskva bu ittihamları rədd edib.//axar.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300