"Rusiya Azərbaycana ilk növbədə kommersiya maraqlarından çıxış edərək silah satır. Azərbaycan silahların tam haqqını ödəyir, Rusiya da müvafiq surətdə onu alır. Ancaq Azərbaycanın siyasəti nöqteyi-nəzərincə, bu, müharibəyə hazırlıqıdır”.

 

Musavat.com-un məlumatına görə, bu sözləri tanınmış rusiyalı siyasi və hərbi ekspert, Moskvadakı Siyasi və Hərbi Tədqiqatlar Mərkəzinin direktoru Aleksandr Xramçixin Rusiyadan Azərbaycana son partiya silahlar göndərilməsini 1 in.am portalına şərh edərkən deyib.

 

Onun sözlərinə görə, bu - Bakı ilə Moskva arasında bir neçə il öncə əldə olunmuş anlaşmaya uyğun surətdə reallaşan planlı bir göndəriş olub. "Mən təkrar edirəm, bu, tər-təmiz bir kommersiya sövdələşməsidir. Çünki neftin qiyməti yüksək olduğu dönəmdə Azərbaycan ən yeni hərbi texnikalar almağa hazır idi. Rusiya da bu silahlardan ona satıb. Vəssalam, tər-təmiz bir kommersiya”, - deyə Xramçixin erməni tərəfini sakitlıəşdirməyə çalışıb.

 

Rusiyalı analitik bunun ardınca erməniləri sakitləşdirməyə çalışmaqda davam edərək deyib:"Ermənistan isə Rusiyadan "İsgəndər” kompleksləri alıb. Bu – eksklüziv bir silah tədarüküdür. Çünki belə bir silah Rusiyadan və Ermənistandan savayı heç bir başqa ölkədə yoxdur. Özü də bildiyim qədər, Ermənistan bu sistemi tam qiymətinə almayıb. Rusiya hesab edir ki, Azərbaycanda istənilən nöqtəni vurmaq bacarığına malik "İsgəndər”lərlə Azərbaycana silah verilməsini tamamilə kompensasiya edib”.

 

Bununla belə, rusiyalı ekspert onu da etiraf edib ki, Rusiya silah-sursatı Azərbaycanın hərbi potensialının artmasına gətirib. "Əlbəttə ki, Rusiya siyasəti nöqteyi-nəzərincə, Moskva kompensasiyanı təmin edib. Lakin Azərbaycanın yanaşması axı, başqadır:Bakının nəzərincə, bu, təbii ki, müharibəyə hazırlıqdır. Azərbaycan Qarabağı qaytarmaq üçün yeganə olan müharibəyə hazırlaşır”, – o, qeyd edib.

 

Xatırladaq ki, iyunun 24-də Azərbaycanın Müdafiə Nazirliyi Rusiyadan yeni növ silah-sursat alındığı haqda məlumat yayıb. Yayılan fotolardan göründüyü kimi, bu hərbi texnika arasında "Xrizantema C” tank əleyhinə raket sistemləri də var.

 

Bu texnikanın üstünlükləri haqda danışan rusiyalı ekspert deyib:"Xrizantema”, necə deyərlər, döyüş meydanı üçündür və bu silah Azərbaycana həmin o yeganə müharibənin gedişində gərək olacaq. Bu silah əlbəttə ki, Ermənistana qarşı tətbiq olunacaq. Mən düşünmürəm ki, Azərbaycan İranla müharibəyə hazırlaşır. Əlbəttə ki, nəzəri baxımdan heç nəyi istisna eləmək olmaz. Bununla belə, Azərbaycanın tək düşməni Ermənistandır”.

 


Siyasət şöbəsi, musavat.com

 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300