Çinin Xarici İşlər Nazirliyi Hindistanı sərhədçilərinin qanunsuz olaraq, dövlət sərhədini keçməkdə ittiham edərək, onların təcili olaraq, ölkə ərazisini tərk etməsini istəyib.

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Çin XİN-in rəsmi nümayəndəsi Qen Şuana dövlətinin mövqeyi olaraq açıqlayıb.

Çinin bəyanatına əsasən, hindistanlı sərhədçilər bu yaxınlarda iki dövlət arasındakı sərhədi Hindistanın Sıkkım əyalətində pozub, qanunsuz olaraq, Çin ərazisinə daxil olublar: "Onların bu hərəkəti Çin sərhədçilərinin Tibet Muxtar Rayonunun Dunlan bölgəsindəki fəaliyyətinə mane olur”.

Hindistan tərəfi isə Çini zəvvarların Tibetə ziyarətə getmələrinə mane olmaqda ittiham edir.
Sıkkım əyalətinin sərhəddəkli rayonunun statusu 1890-cı ildə Çinlə Böyük Britaniya arasında imzalanmış müqavilə əsasında həll edilib. Hindistan müstəqil olandan sonra tərəflər əyalətin sərhəddəki bu ərazisi ilə bağlı iddialarının həll olunduğunu dəfələrlə bildiriblər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300