"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu qətnamədən sonra qurumun indiki baş katibi Pedro Aqramuntun tutduğu vəzifədən uzaqlaşdırlıması prosesinə başlamaq mümkün olacaq.
Parlamentin 154 üzvü qətnamənin lehinə, 30-u əleyhinə səs verib. 13 deputat isə bitərəf qalıb.
AŞPA-nın reqlamanetində sədrin istefası haqda maddə yox idi. Sənədə əsasən, Assambleyanın sədri özü istefa verməklə tutduğu vəzifədən azad edilə bilərdi. Ancaq yeni reqlamentdə bu məsələ öz həllini tapıb.