D18 Hərəkatı "ilin avtoritar rektoru” sorğusunun qalibini açıqladı.

D18 Hərəkatından "Basta” ya verilən məlumata görə bu gün D18 Hərəkatı 2016-2017 tədris ili üçün ” İlin avtoritar rektoru ” sorğusunun qaliblərini elan edib.

D18 Hərəkatının başqanı Ruslan İzzətli sorğunun nəticələrini elan edib.

Hərəkat başqanı bildirib ki, sosial şəbəkələrdə keçirilən sorğu 1 həftə davam edib. Sorğuda əsasən 18-25 yaş arasında olan şəxslər iştirak edib. Sorğuda 13 universitetin adı çəkilib.

Bu ilki sorğuda region universitetlərindən Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və Gəncə Aqrar Universitetinin adları çəkilib. Sorğuda ilk üçlüyə Bakı Slavyan Universiteti, Memarlıq və İnşaat universiteti və Bakı dövlət unibersiteti düşüb.

Sorğunun qalibi 33 % səslə Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva seçilib.

Mükafat Nurlana Əliyevaya göndəriləcək.

Qeyd edək ki, 2014-2015 tədris ilinin qalibi BDU rektoru Abel Məhərrəmov , 2015-2016 tədris ilinin qalibi İqtisad Universitetinin rektoru Ədalət Muradov seçilmişdi.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300