Milli Məclisin bu gün keçirilən sonuncu növbədənkənar iclası başa çatıb. Bununla da parlamentin yaz sessiyasına yekun vurulur.

Spiker Oqtay Əsədov Milli Məclisin növbədənkənar yaz sessiyasının iclasını bağlı elan edib.

Dövlət himninin səsləndirilməsi ilə iclas sona çatıb, millət vəkillər tətilə çıxıblar.

Qeyd edək ki, Milli Məclisin daxili nizamnaməsinə müvafiq olaraq, deputatlar iyul ayının 15-dən tətilə çıxmış hesab olunurlar. Milli Məclisin Daxili Əsasnaməsinə görə, sentyabrın 15-dən komitə iclasları başlayır.

"Deputatın statusu haqqında” qanunun 29-cu maddəsinə əsasən, Milli Məclis tətilə buraxıldığı vaxt parlament üzvlərinə məzuniyyət verilir.

Deputatlara məzuniyyətdə olduqları zaman iki aylıq vəzifə maaşı məbləğində müavinət ödəniləcək.

Milli Məclisin sədri 4 500, komitə sədrləri 3 600 manat, MM sədrinin müavini 3 825 manat, sədrin birinci müavini 4 050 manat, sıravi deputatlar isə 3 150 manat müavinət alırlar.(Azvision)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300