İranın Əfqanistanla sərhəd bölgəsində yerləşən Hörmüzgən ostandarlığında son 3 ay ərzində 16 min ton narkotik maddə müsadirə olunaraq məhv edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələri daşıyan 219 nəqliyyat vasitəsi saxlanılıb. Bir çox hallarda polislə cinayətkarlar arasında silahli toqquşma baş verib.

Bu barədə məlumat verən ostandarlığın polis rəisi general Əzizullah Məliki bildirib ki, narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan cinayətkar qruplar İrandan tranzit yol kimi istifadə edirlər. Qaçaqmalçılar narkotik maddələri İran üzərindən Avropaya daşımağa çalışırlar. Lakin onların qarşısı polis tərəfindən alınır.

Rəisin sözlərinə görə, Əfqanistanla olan 900 kilometrlik sərhədə ciddi mühafizə etmək üçün İran hökuməti 700 milyon dollar sərf edib. Son 30 ildə narkotik qaçaqmalçıları ilə mübarizədə 4 min polis həlak olub. (Azərtac)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300