Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilərində yalnız yaşlı insanlar yaşayır. Gənclər Qarabağ müharibəsində xaraba qalmış bu əraziləri tərk ediblər.

Publika.az xəbər verir ki, bu barədə "kavkazplus” saytı yazıb.

Sayt qeyd edir ki, vaxtilə bu ərazilərdə əhali sıx şəkildə yaşayırdı: "İndi isə heç bir yerdən uşaq səsi eşidilmir, yalnız qocalar qalıblar. Erməni gənclər, həmçinin orta nəslin nümayəndələri işğal edilmiş Qarabağda və digər ərazilərdə yaşamaqdan imtina edirlər. Vaxtilə burada yaşayanlar da İrəvana köçür, yaxud xarici ölkələrə gedirlər. Heç bir infrastuktur yoxdur, yollar dəhşətli vəziyyətdədir, nəqliyyat işləmir. Yalnız pensionerlər ölməməyə bəs edəcək qədər olan pensiya alırlar və həyatyanı sahələrdə işləyirlər”.

Sayt qeyd edir ki, rejimin təbliğatına baxmayaraq, insanlar anlayır ki, heç bir işğal sonsuza qədər davam etməyəcək.

"İnsanların bölgəni tərk etməsinin səbəbi təkcə cəbhədəki döyüşlərdən bezmələri və ağır sosial həyat yox, həm də bu ərazilərin beynəlxalq hüquq tərəfindən Azərbaycana məxsus olduğunun tanınmasıdır. Hakimiyyət güclü təbliğat kampaniyası aparır, lakin sadə ermənilər anlayır ki, işğal davam etməyəcək və ərazilər geri qaytarılacaq”,- deyə məqalədə vurğulanır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300