"Ermənistan ordusunun Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində həlak olan 2 yaşlı Zəhra Quliyevanın fotolarını yaymalı və bütün beynəlxalq platformalarda təbliğ etməliyik”.

Bunu "Report”a Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Fazil Mustafa deyib.

Millət vəkilinin sözlərinə görə, bununla bağlı broşürler hazırlamalı və Avropa Şurasında yayılmalıdır ki, ermənilərin vəhişiliyi haqqında təsəvvürlər daha da genişlənsin: "Biz işğal nəticəsində baş verən uşaqların məhv edilməsi faktına diqqət yönəltməliyik. Dünyanın buna nə reaksiya verməsinə aludə olmamalıyıq. Çünki kimsədən umacağımız yoxdur. Nəticə odur ki, torpaqlarımız işğal olunub və buna normal reaksiya ala bilmiriksə, uşağın ölümünə görə əlahiddə münasibət gözləməyimiz doğru olmaz. Biz sadəcə öz işimizi görməliyik. Çünki bunun nəticəsi əvvəl-axır olacaq”

Fazil Mustafa vurğulayıb ki, bu fakt doğru istifadə edilsə müəyyən qərarların əsası olacaq, doğru istifadə edilməsə, bir neçə müddətdən sonra unudulacaq. Onun sözlərinə görə, tək gənclər yox, bütün insanlar bu sahədə aktiv olmalıdır.
Qeyd edək ki, iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300