"Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” (BİRA) ictimai birliyi Azərbaycanın ATƏT-in Minsk qrupunun vasitəçiliyindən imtina etməsi üçün petitsiyaya başlayıb.



AFN-in məlumatına görə, Petitsiyada deyilir ki, işğalçı Ermənistanın Fizuli rayonunun Alxanlı kəndini, sivil insanları minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində, törətdikləri təxribat nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar: "Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb. Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Müdafiə Nazirliyi tərəfindən yayılan məlumatda işğalçı Ermənistanın bu təxribatı və sivil insanlarımızı hədəfə alması kimi qeyri-insani əməlləri barədə beynəlxalq qurumlara məlumat verildiyi bildirilir. "Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” (BİRA) ictimai birliyi bəyan edir ki, ATƏT-in Minsk Qrupu birmənalı olaraq fəaliyyətsizdir. Rusiya təzyiq əvəzinə, ermənilərlə həmrəylik nümayiş etdirir. ATƏT-in Minsk Qrupu həmsədrlərinin ermənipərəst açıqlamaları da göstərir ki, bu qurum Azərbaycana qarşı silahlı saldırılarından və günahsız mülki vətəndaşlarımızın qətlə yetirlməsindən narahat deyillər. Bu günədək heç bir ciddi işlə məşğul olmayan ATƏT-in Minsk Qrupu həmsədrlərindən ciddi münasibət gözləmək artıqdır.

ABŞ, Fransa, Rusiya tam ermənipərəst mövqedən çıxış edirlər. Rusiya son hərəkətləri ilə bu istiqamətdə daha çox fəallıq göstərir. Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətinin dayandırılması, Rusiya XİN rəsmilərinin açıq ermənipərəst açıqlamaları, Rusiyanın Ermənistanı silahlandırması heç bir ölçüyə sığmır. Bütün bunları nəzərə alaraq hesab edirik ki, Azərbaycan Minsk Qrupu həmsədrlərinin vasitəçilik missiyasından imtina etməlidir. Təkcə onu qeyd etmək kifayətdir ki, Prezident İlham Əliyev keçən dövr ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə 50-dən çox görüş keçirmiş və bu da münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda Azərbaycanın ilk növbədə sülh variantına üstünlük verdiyinə sübutdur. Çox təəssüf ki, yarandığı vaxtdan etibarən, ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilsə də, indiyə qədər bu qurumun fəaliyyəti sülh prosesində arzu olunan nəticəni verməyib. ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupa həmsədrlik edən ABŞ, Fransa və Rusiya kimi böyük dövlətlər münaqişənin dondurulmuş şəkildə qalmasında məsuliyyət daşımamış və təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmayıblar. BİRA hər kəsi bu petitsiyaya qoşulmağa çağırır”.

www.change.org

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300