Nənənin və nəvənin həlak olması Azərbaycan xalqının qəzəbinə səbəb oldu. Azərbaycan bu təxribata cavab verəcəcək.

Bu sözləri Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, İctimai Palatasanın üzvü Sergey Markov deyib.

"Vestnik Kavkaza” danışan Markov Qarabağda aprel döyüşlərinin təkrarlanmasını istisna etməyib: "Hesab edirəm ki, Qarabağda aprel müharibəsi modeli üzrə yeni toqquşmalar baş verə bilər. Özü də bu dəfə daha ciddi miqyasda... Ehtimal edirəm ki, İrəvan müharibə üçün ən sərfli anı seçib".

O, balaca Zəhra və nənəsinin qətlini Xocalı soyqırımı ilə müqayisə edib: "Qoşunların təmas xəttində yalnız azərbaycanlılar yaşayır. Ermənistan işğal etdiyi əraziləri gələcək mübadilə üçün boş saxlayır. Bu hücumun Xocalı üslubunda qəsdən törədildiyi görünür. Döyüşlərin yenilənməsi qaçılmazdır".

Markov ATƏT-in Mins Qrupunu təcili fəaliyyətə başlamağa çağırıb: "Həmsədrlər yeni müharibənin qarşısını almaq üçün təcili fəaliyyətə başlamalıdır. İstənilən an genişmiqyaslı döyüşlər başlaya bilər".//qaynarinfo

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300