ABŞ-ın birinci xanımı Melanya Trampdan prezident Donald Trampla Rusiya lideri Vladimir Putin arasında uzanan danışıqlara müdaxilə etməyi xahiş ediblər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson Hamburqda keçirilən görüşün yekunlarına dair açıqlamasında deyib.

Onun sözlərinə görə, prezidentlər bir çox məsələləri müzakirə ediblər. Danışıqlar zamanı birinci xanım otağa daxil olaraq onları müzakirələri yekunlaşdrmağa çağırıb, lakin bu heç bir nəticə verməyib.

"Prezidentlər dayanmaq istəmirdilər. Danışıqlar otağının qapısının arxasında gözləyənlərin səbri tükənmişdi. Onlar birinci xanımı göndərdilər ki, bəlkə o, həyat yoldaşını otaqdan çıxara bildi. Lakin alınmadı”, - Tillerson bildirib.

Qeyd edək ki, Rusiya və ABŞ prezidentlərinin ilk görüşü iki saat yarım davam edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300