"Bu, o demək deyil ki, biz də döyüşməməliyik, ruhdan düşməliyik”

 

"Hər hansı məmurun balası, varlının oğlu hərbi xidmətə getmirsə, döyüşdən yayınırsa, bu, o demək deyil ki, biz də döyüşməməliyik, ruhdan düşməliyik”.

 

Bunu Sherg.az-a məmur övladlarının cəbhə xəttində hərbi xidmət keçməməsi ilə bağlı sosial şəbəkələrdə müşahidə olunan narazılıqlara münasibət bildirərkən döyüş xidmətini yerinə yetirərkən sol gözü və sağ ayağını itirən kəşfiyyatçı baş leytenant Kamil Musavi deyib. O bildirib ki, Azərbaycanı sevməyən, dövlətin əleyhinə addım atan insanlar var:

 

"Biz nə bilək ki, Azərbaycanın əleyhinə təbliğat aparanlar kimlərdir? Oğlunu əsgər göndərməyən, vətənə xidmətdən boyun qaçıran şəxslər özləri bilər. Lakin biz hər an döyüşə hazır olmalıyıq.

 

Belə fikirli gənclərlə xidmət illərində də rastlaşırdım . Bəzən əsgərlərin də deyimlərində olurdu ki, niyə filankəs döyüşmək istəmir, kasıb balaları döyüşür? Hər zaman başa salırdım ki, vətənə xidmət etməyənləri heç say, öz həyat yolunu tut ki, bu vətən mənimdir, bu torpaq üçün döyüşməyə hər zaman hazır olmalıyam, xalqım üçün canımdan keçməyə hazır olmalıyam.

 

Real danışaq, Azərbaycanda vətənə xidmət etmək istəməyən insan nə qədər ola bilər? Azərbaycan xalqı 10 milyona yaxındır. Qoy, bu xalqın 1 milyonu döyüşə getmək istəməsin, oğlunu xidmətə göndərməsin, boyun qaçırsın. Axı yerdə qalan insanlar daha çox olur. Biz çoxluğun fikrinə baxmalıyıq.

 

Məmur övladlarının döyüşə getməməyinin səbəb gətirilməsini bəhanə hesab edirəm. Vətən üçün döyüşməyə hazır olan insan heç kimə, heç nəyə fikir verməməlidir”.

 

Aysel Aslan

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300