Yasamalda "Şəhid bulağı” sökülərək, yerində kababxana-pivəxana açılıb.

Oxu.az-a daxil olan məlumata əsasən, sözügedən ərazi Yeni Yasamalda - Talıblı və Şərifzadə küçələrinin kəsişməsində yerləşir.

Məlumatda qeyd edilib ki, həmin ərazidə Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Allahverdiyev Məhəmməd Şurulla oğlunun xatirəsinə bulaq kompleksi tikilmişdi. Bir müddət əvvəl ərazinin bir hissəsi zəbt edilərək, "Qarabağ” adlı kababxana açılıb, eyni zamanda, mal əti satışı ilə məşğul olmağa başlanılıb.

May ayının sonlarında şəhidin adına olan bulaq bir gecə içərisində sökülüb, yerinə masalar düzülərək ərazi kababxananın tərkibinə qatılıb.

"Ərazidə yaşayan qonşuların dəfələrlə irad bildirməsinə baxmayaraq, sahibkar və orada çalışanlar insanları hədələyir, onlarla aqressiv davranırlar”, - şikayətçilərdən biri redaksiyaya yazdığı məktubunda qeyd edib.

Bu gün redaksiyanın əməkdaşı məlumatı dəqiqləşdirmək üçün, sözügedən əraziyə yollanıb. Onun verdiyi məlumata əsasən, bulaq, həqiqətən də, sökülüb.

Ancaq o bunun səbəbini öyrənməyə cəhd etsə də heç bir nəticə əldə edə bilməyib. Müxbir obyekt əməkdaşları tərəfindən təzyiqə və təhqirə məruz qalıb. Özünü Haci kimi təqdim edən obyekt əməkdaşı, bulağın sökülməsi və yerində obyektin tikintisi üçün heç kimdən icazə almadıqlarını, bütün bu işləri özbaşına həyata keçirtdiklərini bildirib.

Məsələ ilə bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət edilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300