İstanbulda erməni terrorçuluğuna qarşı etiraz aksiyası keçirilib

APA-nın Türkiyə müxbirinin məlumatına görə, İstanbuldakı Galatasaray litseyinin önündə Ermənistan ordusunun ağır silahlarla hücumu nəticəsində həyata gözlərini yuman 2 yaşlı Zəhra Guliyevanın qətl edilməsinə qarşı etiraz aksiyası keçirilib.

Azərbaycan Respublikası, Türkiyə Cümhuriyyəti, Güney Azərbaycan vətəndaşlarının iştirak etdikləri etiraz aksiyasına İstanbulun mərkəzi prospekti olan İstiklal caddəsindən keçən yerli və əcnəbi vətəndaşlar da yaxından maraq göstərib.

”Qatil Sarkisyan, Qarabağdan rədd ol”, "Qarabağ Türkdür, Türk qalacaq”- "Hamımız Zəhrayıq”- və s. şüarların səsləndirildiyi aksiyasının axırında qətnamə oxunub.İşğalçı Ermənistanın bir an əvvəl Azərbaycan torpaqlarından çıxmasının tələb edildiyi qətnamədə beynəlxalq təşkilatların işğal altındakı Azərbaycan torpaqlarının azad edilməsi məsələsinə həssas yanaşmalarının lüzumu vurğulanıb.Təhlükəsizlik qüvvələrinin nəzarəti altında keçirilən aksiya heç bir insident olmadan başa çatıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300