Google-nin texniki direktoru tanınmış texnologiya futuristi Rey Kurtsveyl proqnozların  növbəti hissəsini açıqlayıb.

Süni intellekt sahəsində müasir nailiyyətlərin əsas tədqiqatçılarından biri Kurtsveyl 1990-cı illərdən bəri öz proqnozlarını açıqlayır, bunlardan çoxu akademik səviyyədədir,  Inventure yazır.

Bu yaxınlarda alim beş il əvvələ kimi  tez-tez irəli sürdüyü uzunmüddətli  fərziyyələrindən  xronoloji cədvəl yaradıb. 

20 il ərzində verilmiş proqnozları bir yerə toplasaq, onları 2019-2099-cu illər üçün ilbə-il  bölüşdürmək olar.

2019 – Bütün qurğular üçün tellər və kabellər keçmişdə qalacaq.

2020 – Personal kompyuterlər hesablama gücünə görə insan beyni ilə müqayisədə daha öndə olacaq.

2021 – İnternetə simsiz çıxış Yer səthinin 85% -ni əhatə edəcək.

2022 – Amerika Birləşmiş Ştatları və Avropada insan və robotlar arasında münasibətləri tənzimləyən qanunlar qəbul ediləcək: robotlar, onların hüquqları, vəzifələri və digər fəaliyyət məhdudiyyətləri rəsmiləşdiriləcək.

2024 – Avtomobillərdə kompüter intellekti məcburi olacaq. İnsanlara kompüter köməkçisi ilə təchiz olunmayan avtomobilləri idarə etmək qadağan ediləcək.

2025 – Gadget implantların kütləvi bazarı meydana gələcək

2026 – Elmi tərəqqinin nəticəsi kimi biz həyatımıza keçmişdə olduğundan daha çox vaxt ayıracağıq.

2027 – Tam müstəqil kompleks əməliyyatları edə bilən şəxsi robotlar  soyuducu və ya qəhvəbişirən kimi adi bir şey olacaq.

2028 – Günəş enerjisi bəşəriyyətin ümumi enerji ehtiyaclarını tam təmin edəcək, belə ki, ucuz olacaq və geniş yayılacaq.

2029 – Kompüter Turing testi keçərərək sübut edəcək ki, onun düşüncəsi insanda olduğu kimidir.

2030 – Bütün məhsullarının istehsalı sənayesində nanotexnologiyanın gəlişi qiymətlərin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxaracaq.

2031 – İnsan orqanlarının çapı üçün 3D printerlərdən bütün xəstəxanalarda istifadə ediləcək.

2032 – Nanotexnologiya tibbi məqsədlər üçün istifadə olunacaq. Onlar insan hüceyrələri üçün qida çatdırmaq və tullantıların aradan qaldırılması, eləcə də insan beyninin ayrı-ayrı hissələrinin funksiyalarını öyrənmək üçün istifadə ediləcək.

2033 – Öz-özünü idarə edən avtomobillər yolları dolduracaq.

2034 – İnsanın süni intellektlə ilk görüşü.

2035 – Kosmik texnologiya kifayət qədər genişlənəcək, yer kürəsini asteroid təsirləri təhlükəsindən  daimi müdafiəsini təmin etmək mümkün olacaq.

2036 – Biologiyaya yanaşmada ilk dəfə insanlıq xəstəliyi müalicə etmək üçün hüceyrələrdən proqramlaşdırma kimi  istifadə edəcək və 3D printerlərdən istifadə edilməklə yeni toxumaların və orqanların inkişafı mümkün olacaq.

2037 – İnsan beyninin sirlərinin dərkində nəhəng sıçrayış. İxtisaslaşdırılmış funksiyaları ilə yüzlərlə müxtəlif sub-regionlar müəyyən olunacaq.

2038 – Robotlaşdırılmış insanların – trans-humanitar texnologiya məhsullarının meydana gəlməsi.  Göz-kameradan tutmuş  əlavə protez əllərə qədər. Onlar əlavə intellektlə təchiz olunacaq.

2039 – Nanomaşınlar birbaşa beyinə implantasiya olunacaq və beyin hüceyrələri ixtiyari giriş və çıxış siqnalları həyata keçirəcək. Bu hər hansı bir əlavə avadanlıq tələb etmədən "tam yüklənmə” virtual reallığa gətirib çıxaracaq.

2040 – İnsan bədəninə implantasiya olunacaq axtarış sistemləri əsas amil olacaq. Axtarış tək dil vasitəsilə deyil, fikir vasitəsilə də yerinə yetiriləcək. Axtarış nəticələri isə  linzalar və ya eynəklərin ekranında nümayiş olunacaq.

2041 – Internetin buraxılış imkanları bugünkündən 500 milyon dəfə artıq olacaq.

2042 – Ölümsüzlüyün ilk dəfə olaraq potensial surətdə həyata keçirilməsi – nanorobotların köməyi ilə immun sistemini tamamlamaq və xəstəlikləri "təmizləmək” mümkün olacaq.

2043 – Nanorobotların köməyi ilə insan bədəni istənilən formanı ala biləcək. Kibernetik cihazlarların vasitəsilə daxili orqanlar  daha yaxşı- keyfiyyətliləri ilə əvəz edilə biləcək.

2044 – Qeyri-bioloji intellekt  bioloji analoqundan milyardlarla dəfə daha ağıllı olacaq.
2045 – Texnoloji qeyri-adiliyin gəlişi. Yer kürəsi nəhəng kompüterə

çevriləcək.

2099 – Texnoloji qeyri-adilik prosesi bütün kainata yayılacaq

Bəli, bəzən belə proqnozlara imanmaq çətindir. Lakin əgər biz cəmiyyətin inkişafında böyük tempi nəzərə alsaq, yaxın gələcəkdə belə şeylərin mümkün olacağı aydın olur. Hələlik bizə təkcə müşahidə etmək qalır.

Heybət Əmrah, bastainfo


 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300