Miokard infarktı dünyada ən başda gələn ölüm səbəblərindəndir. Miokard ürəyin zədələnmiş hissəsidir.

Ürək insanlarda normal vəziyyətdə dəqiqədə 60-80 dəfə bütün bədənə qan ötürən güçlü bir nasosdur. Bu orqan bədənin qan ehtiyacını qarşılayan zaman özünün də qidalanması üçün qan istifadəsi lazımdır.

Ürəyin özünü qidalandıran damarlarda (koroner arter) koroner çatışmazlığı meydana gəlir. Koroner çatışmazlıq vəziyətləri koroner damarlardakı darlıqların tipinə, dərəcəsinə və yerinə görə dəyişir. Bəziləri ürək tutmasına çevrilə bilər.

Ümumilikdə fiziki fəaliyyətlər sırasında meydana gələn və dincəlməklə keçən sinə ağrıları (anjina) ilk xəbərdarlıqlardır. Miokard infarktı olmasından şübhələnmək üçün ilk əlamət - döş sümüyü arxasındakı (döş qəfəsinin orta hissəsində) kəskin ağrının baş verməsidir.

Miokard infarktı zamanı baş verən ağrı çox güclü olub, bəzən xəncər yarası kimi, bəzən didici, bəzən yandırıcı şəkildə hiss edilir. Bəzən bu ağrı hissiyyatı o qədər dözülməz olur ki, xəstə qışqırmağa məcbur olur.
Ağrı sol qola, çiyinə, kürəyə, aşağı çənəyə, boyuna, kürəklərarası sahəyə də yayıla bilər. Digər bir halda miokard infarktı zamanı ağrı yox, döş qəfəsində narahatlıq - kəskin sıxılma, təzyiq edilməsi, ağırlıq hissiyyatı baş verə bilər. Ağrı bəzi hallarda ürəkbulanma, qusma, soyuq tər, həyəcanlanma, ölüm qorxusu, ürək ritminin pozulması, nəfəs almanın çətinləşməsi, huşun itirilməsi ilə də müşayiət edilə bilər.

Ancaq bəzi hallarda insan heç bir əlamət hiss etmədən də miokard infarktı keçirə bilər. Bu, miokard infarktınının ağrısız forması kimi adlandırılır və əksər hallarda uzun müddət ərzində şəkərli diabetlə xəstə olan adamlarda müşahidə edilir.

Əksər hallarda isə xəstə stenokardiya zamanı olan ağrıya bənzəyən kəskin ağrı tutması hiss edir. Ancaq miokard infarktı zamanı olan ağrının bir sıra fərqli xüsusiyyətləri də vardır. Stenokardiya zamanı ağrı fiziki və ya emosional gərginlik zamanı baş verir və adətən nitroqliserin həbi qəbul etdikdən sonra tez bir zamanda keçib gedir. Miokard infarktı zamanı olan ağrı stenokardiyaya nisbətən daha güclü olur, əksər hallarda sakit vəziyyətdə olarkən başlayır və hətta bir-birinin ardınca 3 həb nitroqliserin qəbul etdikdən sonra da keçib getmir.
Beləliklə, əgər siz döş sümüyü arxasında güclü ağrı hiss edirsinizsə və ağrı nitroqliserin qəbul etdikdən sonra keçməyərək 15 dəqiqədən artıq davam edirsə, tez bir zamanda "təcili yardım” çağırın. Çünki bu hal miokard infarktının simptomudur və vaxt itirərək ağrıya dözmək məsləhət görülmür.

Miokard infarktı zamanı əksər hallarda elektrokardioqrafik (EKQ) müayinədə özünə məxsus dəyişikliklər baş verir. Bu zaman zədələnmənin sahəsini və dərəcəsini dəqiqləşdirmək üçün ürəyin USM (ultrasəs müayinəsi) olan exokardioqrafiya da təyin oluna bilər.

Miokard infarktına tutulma rirki aşağıdakı hallarda daha böyükdür:

Şəkərli diabet
Dislipidemiya
Çətin nəzarət olunan hipertoniya
Siqaret çəkən insanlar
Spirtli içki qəbul edən insanlar
Koroner damarların irsi xəstəlikləri olan insanlar
Daha çox oturaq həyat tərzi keçirən insanlar.

Qeyd edək ki, miokard infarktına tutulma riski ortayaşlı insanlarda daha böyük olsa da, müasir dövrdə insanların stresli həyat yaşaması, həyəcan, panika bu infarktın yaşını cavanlaşdırır.
Bu gün gənc yaşda olan şəxslər belə miokard infarktı keçirə bilər.//axar.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300