İran Azərbaycanının Zəncan şəhərində yaşayan türk fəal və qadın haqları müdafiəçisi Səfiyə Qarabağinin İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı bildirilir.

Sosial mediada yayımlanan xəbərlərə görə, Ettelaat məmurları onu bu gün səhər saatlarında saxlayıblar.

Səfiyə Qarabağinin həyat yoldaşı Ruzbeh Səadəti öz Facebook səhifəsində olayı belə təsvir edib:

"Göründüyünə görə, tutulduqdan sonrakı bir neçə saatda Ettelaat idarəsində saxlayıblar. Sonra, üç məmur evi təftiş üçün gəldilər. Səfiyəni gətirmişdilər. Evi axtarıb, laptop, bir neçə dəftər və kitab, eləcə də şəxsi sənədləri alıb apardılar.”

Səadəti həyat yoldaşının "rejimə qarşı təbliğat” fəaliyyəti, "ictimai rəyi azdırmaq” və "yalan məlumat yaymaq” ittihamı ilə tutulduğunu bildirib.

"Bir neçə kəlmə söhbət edə bildik. İttihamların rejimə qarşı təbliğat, ictimai rəyi azdırmaq və yalan məlumat yaymaq olduğunu dedi. İndi durumundan xəbərsizəm,” Səadəti Facebook səhifəsində qeyd edib.

Səfiyə Qarabağinin fəaliyyətləri qadın hüquqları, qadına qarşı zorakılıq, İran qanunlarında gender bərabərsizliyinə zəmin yaradan məqamlar, habelə türk dil hüquqlarına dair yazılar yayımlayıb və toplumda maarifləndirmə işləri aparıb. (amerikaninsesi.org)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300