Göygölün Yeni Zod yaşayış massivində əhali illərdir susuzluqdan əziyyət şəkir. Bu haqda Müsavat başqanının müşaviri Cahangir Əmirxanlı məlumat yayıb.

"Yay aylarını nisbətən sərin yerdə keçirmək üçün 2007-ci ildən Göygöl rayonunun Yeni Zod (keçmiş Kamo) yaşayiş massivində ev almışam. Xaricdə yaşayan nəvələrimlə birlikdə yayın müəyyən hissəsini həmin yerdə istirahət etməyi nəzərdə tutsaq da, bu 13 ildə hər il burada komunal problemlərlə, xüsusən su problemi ilə üzləşirik”, – Cahangir Əmirxanlı bildirib.

"Təsəvvür edin ki,bu illər ərzində içməli suyu ya xüsusi qablarda Gəncə şəhərindən gətirməli, ya dayük avtomobilinə çən qoşmuş sürücülərdən almalı oluruq. Həmin ərazidə yerləşən keçmiş Mİxaylovka, Azad və Kamo kəndlərinin (bu kəndlər indi birlikdə Yeni Zod adlanır) su ilə təmin edilməsi üçün imkan var. Sadəcə, bunu nizamlayan, qayda yaradan olmadığı üçün hərcmərclik, özbaşınalıq hökm sürür! Xüsusilə Kamo ərazisi yay aylarında nə içməli, nə də suvarma suları ilə təmin olunur.Başqa vaxt həmin kəndə iki gündən bir su verilirsə, istirahət mövsümündə bu da olmur. Elan edirlər ki, su matoru yanıb. Bunun hər il eyni vaxtda təkrar olunması göstərir ki, məqsədli şəkildə edilir! Kənddə bu il beton arxlar da, su kranları da təzələnib. Elə bilirdik ki, daha su problemimiz olmayacaq. Əksinə, su arxları da, kranlar da su üzünə həsrətdir”, – Cahangir Əmirxanlı vurğulayıb.

"Bir məqamı da qeyd etməyi vacib hesab edirəm! Bu kənddə hər bir kəsin ən azi 20 -25 sot həyətyanı sahəsi var. Torpaq da olduqca münbitdir! Əgər bu həyətyanı sahələrin hər birini yay aylarinda ikicə dəfə suvarma suyu ilə təmin etmək mümkün olarsa, çox böyük miqdarda kənd təsərrüfatı məhsullarının istehsalına şərait yaradılmış olar! Respublikada kənd təsərrüfatının inkişafına can atıldığa haqda aparılan yalan təbliğatın fonunda bu laqeyidliyə nə ad vermək olar?!”, – Cahangir Əmirxanlı əlaqədar orqanlara sual ünvanlayıb.//bastainfo.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300