Mən Cəbrayılov Ağamikayıl Oruc oğlu Şamaxı şəhəri Cəlil Məmmədquluzadə 21 üvanında yaşayıram. Şikayyətim Sabirabad rayon Nizami kənd orta məktəbində müəllim işləyən oğlum Cəbrayılov Kazım Ağamikayıl oğlu və qardaşım; eyni adlı kənddə müəllim işləyən Cəbrayılov Şahlar Oruc oğlunun qanunsuz həbs olunmaları ilə bağlıdır.

Hər iki müəllimi qanunsuz olaraq həbs etdirən Sabirabad rayonundan Milli Məclisə deputat seçilmiş Xəlilov Rüstəm Gülabbaoğlu və onun qardaşı - hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar xidmətində Təsərrüfat idarəsinin rəisi, ədliyyə polkovniki Ağəli Xəlilovdur. Hər iki harınlamış məmur rayonda qoçuluq edir. Bütün güc strukturlarına təyziq edən bu məmurlar bizim ailəmizə qənim kəsilib. Qardaşımı və oğlumu həbsindən sonra da ürəyi sakitləşməyən bu məmurlar indi də onların ailəsinə hədə-qorxu gələrək Sabirabad rayonu Nizami kəndindən köçmələrini tələb edir. Rayonda "qoçuluq edən” deputat Rüstəm Xəlilov qohumları vasitəsiylə mesaj göndərib ki, kənddən köçməyəcəkləri tədqirdə oğlumun və qardaşımın həbsdən azad olunmasına imkan verməyəcək. Məni bu yaşımda yollarda qoyublar. Mətbuat vasitəsilə ölkə başçımız Cənab İlham Əliyevdən, Daxili İşlər Naziri cənab Ramil Üsubovdan, Baş Prokuror cənab Zakir Qarolovdan, qardaşım və oğlumun qanunsuz həbsinin araşdırılmasını və bu işin sifarişçisi olan deputat Rüstəm Xəlilovun əməllərinə qanun çərçivəsində qiymət verilməsini xahiş edirəm. Qardaşım və oğlumun ailəsi bu 2 məmurun qorxusu altında yaşayır.

Qeyd edim ki, Rüstəm Xəlilovun qardaşı oğlu polis orqanlarında işləyib. Hal-hazırda sığınacaq alaraq Azərbaycanı tərk edib. Onun ölkədən qaçma səbəbi isə qanunsuz olaraq narkotik vasitələri əkib-becərilməsi olub.Tutulacağını bilib ölkəni tərk edib. Dövlətimizi satan biri indi bizi yurdumuzdan çıxartmağa çalışır. Reportyor.org olaraq deputat Rüstəm Xəlilovun internet üzərindən araşdırmağa çalışdıq. Aydın oldu ki, Milli Məclisin susqun üzvləri siyahısında ön sıralarda yer alan Rüstəm Xəlilov deputat seçiləndən bu günə qədər 1 dəfə də olsun seçiciləriylə görüş keçirməyib. Araşdırmamız nəticəsində o da məllum oldu ki, deputat həm də rayonda millət vəkili yox, millətin pulları ilə varlanan biznesmen kimi ad çıxarıb. Qanunla deputatın biznes fəaliyyətinin qadağan olunması isə Xəlilov üçün qüvvəsini itirib. Sabirabadda biznes imkanlarını genişləndirən R.Xəlilov ailə-klan iqtidarı yaradıb. Hazırda xəlilovlar camaatın pay torpaqlarını və bütün bələdiyyə torpaqlarını şəxsi torpaqları kimi işlədir. Sabirabadda xəlilovlar ailəsinin əlində 100 hektarlarla torpaq sahələri var. Bundan başqa, deputat və ətrafı Sabirabadın kasıb əhalisinin torpaqlarını uzun müddətli icarəyə götürüblər. Əldə etdiyimiz digər məlumatda isə Xəlilov qardaşlarının və onların yaxınlarının Sabirabad və ətraf rayonlarda bir çox vəzifni də ələ keçirdikləri vurğulanır.

Beləliklə, məlum olur ki, Milli Məclisdə "3 meymun”u oynayan deputat Rüstəm Xəlilov varlanmaq savaşında heç də ''lal kar və kor” olmur. Əksinə, bu zaman o, tam bir "Pəhləvan” obrazı yarada bilir.

Mövzunu davam edəcəyik:

Reportyor.org, Əliyeva Arifə

 



Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300