Biz kiril əlifbasından imtina etmək niyyətində deyilik.

Axar.az xəbər verir ki, bunu "Altay sivilizasiyası və Altay dil ailəsinin qohum xalqları” beynəlxalq forumunda çıxışı zamanı Qırğızıstan Prezidenti Almazbek Atambayev söyləyib.

"SSRİ-nin parçalanmasından Azərbaycan və Türkmənistan dərhal latın əlifbasına keçdi. Özbəkistan bu keçid prosesini aparır, Qazaxıstan keçid haqqında qərarı bir müddət əvvəl qəbul edib. Hər dəfə əlifba dəyişiklikləri yeni mübahisələrə səbəb olur. Bəziləri deyirlər ki, latın əlifbası inkişaf etmiş ölkələrin əlifbasıdır, buna keçid ölkə iqtisadiyyatını inkişaf etdirəcək. Yaponiya və Koreyaya heroqliflər nə vaxtsa mane olublar? Latın əlifbasına keçidlə türk xalqlarını birləşdirmək imkanları inandırıcı deyil. Ona görə ki, artıq əsrlər keçib və türk dili Altay kağanlarının türkcəsinə bənzəmir. Vahid dillə bağlı qeyri-real arzular sayəsində biz Rusiyadakı qardaşlarımızı niyə unuduruq? Tatarlar, başqırdlar, altaylar, xakaslar və digərlərindən söhbət gedir. Axı onlar da bundan sonra kiril əlifbasından istifadə edəcəklər” – o, bildirib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300