İki turizm şirkətinin verdiyi məlumata görə, ABŞ vətəndaşlarına Şimali Koreyaya səyahət etmək qadağan ediləcək.

"Koryo Tour” və "Young Pioneer Tour” turizm şirkətləri bildirib ki, qərar iyulun 27-də elan ediləcək və 30 gün sonra qüvvəyə minəcək.

Musavat.com BBC-yə istinadən xəbər verir ki, onlara bu məlumat İsveç səfirliyi tərəfindən verilib. ABŞ-nin Pxenyanla diplomatik əlaqələri olmadığı üçün onun əvəzinə bu işləri İsveç səfirliyi yerinə yetirir.

ABŞ hələ xəbərin rəsmiliyini təsdiqləməyib. Lakin əlaqələrin daha da pisləşməsi və amerikalı tələbə Otto Uomberin ölümü bunun doğru olduğuna əsas verir.

BBC-yə müsahibə verən "Young Pioneer” şirkətinin nümayəndəsi qeyd edib ki, ABŞ vətəndaşlarına dərhal Şimali Koreyanı tərk etmək əmri verilib.

Amerikanın Şimali Koreyaya səyahət etməyi qadağan etməsi təklifi may ayında iki konqresmen tərəfindən irəli sürülüb. Məqsəd Şimali Koreyaya xarici valyutanın girməsinin qarşısını almaqdlr.

27 iyulda qanun layihəsi irəli sürüləcək, lakin daha sonra Senat da müzakirə dib təsdiq etməlidir. Ona görə də qadağanın icra orqanından verildiyi bildirilir.

Şimali Koreya Amerika vətəndaşlarının ölkəyə turist getmələri qaydalarını 2010-cu ildə asanlaşdırdı. Təxminən hər il 1000 nəfər turist gedə bilir. Dövlət departamenti Şimali Koreyay səfər edən amerikalı vətəndaşların hesabatını tutmur.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300