Ağ evin məlumatına əsasən, Sara Sanders rəsmən ABŞ administrasiyasının mətbuat xidmətinin rəhbəri olub.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bundan əvvəl Sanders mətbuat xidmətinin istefa verən başçısı Şon Spayserin müavini vəzifəsini tuturdu.

Spayserin istefasını şərh edən "New York Times” qəzeti onun belə bir addım atmasına Prezident Donald Trampın maliyyəçi Entoni Skaramuççini Ağ ev aparatının kommunikasiya direktoru təyin etməsinin səbəb olduğunu iddia edir.

Qeyd edək ki, ABŞ administrasiyasının bütün kütləvi informasiya-təbliğat siyasətini Ağ ev aparatının kommunikasiya direktoru kurasiya edir. Bu ilin mayınadək həmin postu əvvəllər Respublikaçılar Partiyasının nümayəndələrinə məsləhətlər və siyasi reklamlar sahəsində xidmətlər göstərən Crossroads Media kompaniyasına rəhbərlik etmiş Maykl Dubke tuturdu.

 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300