Bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssiələrinə qəbul imtahanı keçirilib. Dövlət İmtahan Məkəzinin (DİM) mətbuat xidməti bildirir ki, imtahan zamanı Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda, idman zalında elektrik naqillərində yanğın baş verib.

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də dərhal yanğın baş verən əraziyə gəlib. Yanğının imtahan keçirilən binaya keçmə ehtimalı olmasa da, tüstülənmə olmuş və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün imtahan iştirakçıları imtahan binasından təxliyyə olunması barədə qərar qəbul olub.

"Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən abituriyentlərin nəzərinə çatdırırıq ki, DİM tərəfindən onların yenidən imtahan verməsi üçün üçün imkan yaradılacaq", -deyə DİM-dən bildirilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300