Daha əvvəl heç görmədiyimiz təhrik, böhran və mühasirə cəhdinə məruz qaldıq. Bu kampaniya əvvəlcədən planlaşdırılıb. Ancaq biz bu imtahandan üzüağ çıxdıq.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, bu sözləri Qətər əmiri Şeyx Təmim bin Hamad Əl-Sani Körfəz böhranından bu yana ilk dəfə danışarkən deyib.

Televiziyadan Qətər xalqına səslənən Şeyx Təmim 4 ərəb ölkəsinin Qətərə qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq, ölkədə həyatın normal davam etdiyini söyləyib.

Qətərin yaranan problemlərin həlli üçün ona sanksiya tətbiq edən ölkələrlə suverenliyə hörmət prinsipləri əsasında dialoqa hazır olduğunu söyləyən Şeyx Təmim fikirlərini konkret açıqlayıb: "İstənilən bir böhranın müəyyən qanunlar çərçivəsində həll edilməsi lazımdır. Əvvəlcə bütün dövlətlərin müstəqilliyinə və iradəsinə hörmət çərçivəsində həll yolu tapılmalıdır. Əksinə, bir tərəf digər tərəfi aşağılamaq niyyətində olmamalı, qarşılıqlı razılaşmalara söykənən ortaq öhdəliklər haqqında düşünməlidir”.

Qətər əmiri əlavə edib ki, hökumətlər arasında olan siyasi münaqişələrin əvəzini xalqların ödəməsinin dayandırılması zamanı çatıb.

Qeyd edək ki, hazırda Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı, Bəhreyn və Misir Qətər əmirliyinə qarşı sanksiyalar tətbiq edir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300