Bu gün Ağdamın işğalından 24 il ötür. Digər işğal olunmuş rayonlarımız kimi Ağdam uğrunda döyüşlərdə də qəhrəmanlıq səlnaməsi yaradan oğullar olmuşdur.Uluyol.info olaraq "Şəhidlərimizi hər gün anaq" layisəsi çərçivəsində şəhidlərimizin doğum və şəhadət günlərində xatırlayır, qəhrəmanlarımız haqqında oxucularımıza məlumat ötürürük. Ağdam uğrunda döyüşlərdə həlak olmuş Ağaməliyev Rövşən Baloğlan oğlu haqqında:
   Ağaməliyev Rövşən Baloğlan oğlu  1975-ci il sentyabrın 7-də Neftçala rayonu Bankə qəsəbəsində anadan olub.Təhsilini qəsəbədəki 1N-li orta məktəbdə bitirib və Neftçaladakı 151 saylı texniki-peşə məktəbində  təhsilini davam etdirib.
I Qarabağ müharibəsi başladığı vaxtlar hər rayondan, kənddən könüllü dəstələr Vətən torpaqlarının bütövlüyü uğrunda ön cəbhəyə əsgərlərə yardıma gedirdilər.Rövşənin anası Rəna ananın xatirələri:
" Vallah ana üçün övladların hamısı birdir. Ancaq Rövşən mənim nadinc balam idi. Necə deyərlər bir yerdə durmurdu, dayanmırdı. 15 yaşında 3 yoldaşı ilə birlikdə evdən gizli qaçıb Zəngilana getmişdilər. Yaşlarının az olduğundan komandirlik geri qaytarmışdı. Bu barədə o vaxt rayonun "Gündoğar" qəzetində məqalə də yazılmışdı. Özüdə o vaxt cəbhəyə gedəndə əliboş getməmişdilər. Evdən ət konservi, yod, tənzif, siqaret, kibrit, termometr-bir sözlə gözünə nə görünmüşdüsə və müharibə zamanı lazım ola biləcək zəruri şeyləri aparmışdı. Od parçası idi balam, atasına arxa -dayaq idi. O gedəndən evimiz suyu sovrulmuş dəyirmana bənzəyir".
Ağəməliyev Rövşən Baloğlan oğlunun şəhadətindən sonra evlərinə gələn təqdimatda yazılır:
" 23 iyul 1993-cü ildə Atçılıq sovxozunun azad olunması uğrunda döyüşlərdə piyadalarımızın döyüş mövqeyində normal dayanmalarından ötrü zədələnmiş döyüş maşınını özü təmir etmiş, texnikanın üstündə düşmənlərə hücüm etmiş, döyüş bölgəsi önündə yerləşən 13 saylı postda olmuş, düşmən texnikasının irəliləməsinə imkan verməmiş,  düşmən piyadlarını məhv etmiş, yaralanmış döyüşçülərimizin döyüş mövqeyindən çıxması üçün bütün hərbi tədbirləri görmüş, işğalçıların güclü hücumuna baxmayaraq döyüş mövqeyini tərk etməmiş, düşmən əsgərlərinin irəlləməsinin qarşısını almışdır.Hərbi hissə rəhbərliyi onu Milli Qəhrəman adı almağa təqdim edir.
27 oktyabr 1993-cü il, əmr N-1246"
Yuxarıda göstərilən təqdimatda Rövşənin bacarığı, bir qəhrəman, mərd oğul olduğunu sübut edir. Rəna ananın dediyi kimi bir yerdə durmurdu, dayanmırdı. Məhz müharibə şəraitində döyüş yoldaşlarının köməyinə çatan, onlarla düşmən məhv edən igidimizin təltif olunması barədə növbəti məktubda yazılır:
" Hərbi hissənion komandiri mayor M.Şirinov 2 saylı motoatıcı taborun komandiri T.Adıgözəlov, Azərbaycan Respublikası prezidentinin 1994-cü il 16 sentyabr tarixli qərarı ilə Ağaəməliyev Rövşən Baloğlan oğlu ölümündən sonra " İgidliyə görə" medalı ilə təltif olunur".
Ağaməliyev Rövşən Baloğlan oğlu Neftçala Hərbi komisarlığından  1993- cüil 1 aprel tarixində hərbi xidmətə yola düşüb.Boya-başa çatdıığı Bankə qəsəbəsində həkim məntəqəsi şəhidimizin adını daşıyır.
O vurğulayaq ki, Rövşənin məzarı yoxdur. Məhz döyüş zamanı tankın içində yanaraq kül olmuş bədəni ilə Azərbaycanımızın gülüstana çevrilməyini istəyən oğul... Vətən məhz Sənin kimi övladlara oğlu deyir. Şəhadətin mübarək, ey əlçatmaz zirvədəki Rövşən(işıq).
P.S. Neftçala şəhidləri haqqında geniş video-reportajlarımız olacaq və o zaman Ağaməliyev Rövşən haqqında geniş məlumat verəcik.
Saday Fərəcov, uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300