Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukrayna vətəndaşlığından məhrum edilib.

Virtualaz.org xəbər verir ki, bu məlumat Ukrayna Miqrasiya Xidməti tərəfindən təsdiqlənib.

Yerli TSN telekanalı bildirir ki, müvafiq qərar "Vətəndaşlıq haqqında” Qanunun 2-ci bəndinin 19-cu maddəsinə əsasən vətəndaşlıq alarkən Saakaşvili tərəfindən anket məlumatlarında yalan informasiyanın verilməsinə görə qəbul edilib.

Mixail Saakaşvili anketi doldurarkən göstərib ki, Ukraynada və ölkənin xaricində onun barəsində istintaq hərəkətləri aparılmır. Lakin məlum olub ki, həmin vaxt Saakaşvili Gürcüstanda qiyabi şəkildə həbs edilib.

Bildirildiyinə görə, Ukrayna Baş Prokurorluğuna Saakaşvilinin vətəndaşlığı barədə sorğunu deputat Andrey Lozovoy yollayıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300