70-ci illərin qadağası məktəblərə qayıdır"Universitetlərdə müəllimlər tələbələrin gözü qarşısında, tələbələr isə universitet həyətlərində siqaret çəkirlər. Bu zərərli vərdişin təbliğ olunması heç yaxşı hal deyil”. 

Bu sözləri Cebhe.info-ya Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev deyib. Onun sözlərinə görə, orta məktəblərdə və universitetlərdə müəllimlərə siqaret çəkməyin qadağan edilməsi məsələsinin qanuna salınması təşəbbüsünun irəli sürülməsi təqdirəlayiq addımdır: "Hələ ötən əsrin 70 illərində Azərbaycanın Maarif Nazirliyinin əmri ilə bütün məktəblərdə siqaret çəkilməsi qadağan edilmişdi. Yəni bu təcrübə var. Hətta o dövrdə bədii ədəbiyyatda müəllim obrazı yaradılarkən, onun əlində siqaret təsvirinin verilməsi belə yığışdırılmışdı. Bu da özünün müsbət nəticəsini göstərirdi. Müəllimlər öz nümunələri ilə uşaqlara da təsir göstərirdi. Bu gün belə bir ideyanın qaldırılması daha vacib və aktualdır”. 

Ekspert qeyd edib ki, küçələrdə, ictimai yerlərdə siqaret çəkilməsi kütləvi hal alıb. Bunun qarşısının alınmasının məhz müəllimlərdən başlanması ağıllı ideya olardı: "Tələbələr müəllimlərin gözü qarşısında, universitet həyətlərində siqaret çəkirlər. Bu görüntü də xoş deyil. Fikrimcə, həm müəllimlərin, həm də tələbələrin qarşılıqlı siqaret çəkilməsi məsələsinə qadağan edilməlidir”. 

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətindən isə məsələ ilə bağlı mövqe öyrənmək mümkün olmayıb. Belə ki, suallar ancaq yazılı şəkildə ünvanlanacağı təqdirdə onların cavablandırılacağı bildirilib. 

Qeyd edək ki, Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini, deputat Musa Quliyev ictimai nəqliyyatdan sonra məktəblərdə də tütünsüz mühit yaratmaq məsələsini gündəmə gətirib. 

O, orta məktəblərdə müəllimlərə siqaret çəkmək qadağan edilməsinin Milli Məclisdə müzakirəyə çıxarılması və bunun qanuna salınması təşəbbüsü ilə çıxış edib.
 
 
 
 MUSAVAT.COM 

 
 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300