Lerikdə ölümlə nəticələnən broyler fabrikinin partlaması müəmmalara yol açıb; Fabrikin sahibi deputat İqbal Məmmədov istintaqa cəlb oluna bilər...

Bu barədə Ulus.Az-a mötəbər mənbədən məlumat daxil olub.Bildirilir ki, tələfatla nəticələnən partlayışın səbəbləri araşdırılır.

Əgər hadisədə səhlənkarlıq faktı aşkarlanarsa, deputat üçün asan olmayacaq. Çünki hadisə barədə cinayət işi açılmalıdır.

Başı bəlalardan açılmayan İ.Məmmədovun isə ev fırıldağının qurbanı olması və 650 min dollar itirməsi faktı da onu yuxarıların diqqət mərkəzinə gətirib.

Hər şeydən qabaq Lerikin deputatı SOCAR prezidenti Rövnəq Abdullayevin adamı kimi tanınır və indi "neft kralı” onu qorumaq üçün səfərbər olmalıdır.

İ.Məmmədov R.Abdullayevin kurasiyasında olan millət vəkilidir. Lerik rayonu da SOCAR şefinin nəzarətindədir. Rayondakı bir sıra obyektlər, əsasən də "Relax” istirahət mərkəzi "neft boss”una aiddir və deputat tərəfindən idarə olunur.

Ulus.Az-a mötəbər mənbədən məlumatda bildirilir ki,İqbal Məmmədovun doğma qardaşı Asif Məmmədov Şamaxı rayonu icra başçısı olub.

Digər qardaşı Çingiz Məmmədovun adı isə mətbuatda qalmaqallı şəkildə hallandırıldı. Milli Məclisin Lerikdən deputatı İqbal Məmmədov bu günə kimi müsbət bir fəaliyyətlə gündəmə gəlməyib.

Onun Masallıda quşçuluq ferması, Bakıda balon biznesi, Lerikdə "Relax” istirahət mərkəzi və onlarla maşın kolleksiyaları, villaları deputat mandatı hesabına toxunulmazlıq statusu qazanıb.

Deputat Xətai rayonunun 11/56 ünvanında Fazil Bayramov adlı mülki şəxsi döymüşdü. Seçiciləri də deputatın onlarla nə vaxt görüşdüyünü xatırlamır.

İqbal Məmmədova məxsus olan "Lerik Broyler" MMC ("Lebro") ətraf mühiti çirkləndirmək, ekologiyaya ziyan vurmaq, xəstəlik yaymaqla məşğuldur.

Əslində bu quşçuluq fabriki Lerikin başqa ərazisində tikilməli imiş. Amma İqbal Məmmədov hansısa səbəbdən onun Piran kəndində tikilməsinə qərar verib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300