"Birləşmiş Rusiya-Ermənistan ordusu o anlama gəlir ki, Rusiya Ermənistanın qanunsuz fəaliyyətinin zəmanətçisi rolunda çıxış edir”.

Bu fikri yenicag.ru-ya Rusiya-Ermənistan birgə ordusunun yaradılmasını şərh edən politoloq Zərdüşt Əlizadə bildirib. Onun sözlərinə görə, bütün kiçik ölkələrin suverenliyi çox məhdudlaşdırılıb və Ermənistan da istisna deyil:

"Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə isə burada heç bir inkişaf yoxdur. Rusiya münaqişəni dondurub və bu vəziyyət ona sərfəlidir”.

Politoloqun sözlərinə görə, prezidentlər görüşür; XİN başçıları görüşür; Minsk qrupunun həmsədrləri görüşür… – bütün bunlar fəaliyyətin imitasiyasıdır. Münaqişənin həlli istiqamətində real fəaliyyət yoxdur. Ona görə ki, Rusiya üçün bu münaqişə sərfəlidir.

"Rusiya özü bu münaqişəni alovlandırıb, özü bütün tərəfləri silahlandırıb, sonra elə özü də onu dondurub və bütün təşəbbüsü ələ alıb. Birgə Rusiya-Ermənistan ordusunun yaradılmasıyla Rusiya erməni cəmiyyətinə başa salmağa çalışıb ki, onun bütün qanunsuz işğalçı fəaliyyətinin zəmanətçisidir”, – deyə Əlizadə qeyd edib.

Politoloq onu da əlavə edib ki, Rusiya bundan sonra da Ermənistanın Qarabağdakı quldurluğunu müdafiə edəcək.

"Ən əsası odur ki, Rusiya ermənilərə deyir: "Qorxmayın, ayaqqabılarımızı öpün və biz sizi bundan sonra da Azərbaycandan qoruyacayıq. Digər tərəfdən Rusiya Azərbaycana silah satacaq, lakin bu silahdan istifadə olunmayacaq. Çünki birləşmiş ordu var. Bu, siyasi oyundur. Və bu oyun getdikcə Ermənistanı Rusiyanın daha çox nökərinə çevirir”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300