Bu ilin birinci yarısında Ermənistanın daimi əhalisi 6200 nəfər azalıb. Musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Milli Statistika Xidmətinin son açıqlamasında deyilir.

Qurumun məlumatına görə, bu ilin 1 iyuluna Ermənistan əhalisi 2 milyon 979 min nəfər olub. 2017-ci ilin 1 yanvarı üçün isə daimi əhalinin sayı 2 milyon 986 min 100 nəfər təşkil edib. Bu haqda armenpress-ə Milli Statistika Xidmətinin siyahıyaalma və demoqrafiya şöbəsinin rəisi Karine Kyumcyan bildirib.

Onun sözlərinə görə, 1 iyul 2017-ci il tarixinə olan vəziyyətə görə, daimi əhalinin sayı 15 200 nəfər azalıb. Kyumcyan hesab edir ki, emiqrasiya əhalinin sayının mənfi göstəricisinə ciddi təsir göstərir.

"Məlumatlara əsasən, bu ilin birinci yarısında ötən ilin analoji dövrü ilə müqayisədə Ermənistanı əlavə 8700 nəfər tərk edib və qayıtmayıb. Əhalinin sayının azalmasına doğumun aşağı düşməsi, ölüm faizinin isə yüksək olması da neqativ təsir edir”, - deyə o qeyd edib.

Statistik məlumatlara görə, bu ilin yanvar-iyun ayı ərzində Ermənistanda 17 169 uşaq doğulub. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 7 faiz azdır. Ölüm faizinə gəlincə, bu göstərici əksinə, daha 2,1% artıb və 14 709 nəfər təşkil edib – ötən ilki 14 403 nəfərə qarşı.

"Nəticədə doğumla ölüm arasında fərqlər təbii artımı şərtləndirib – 2460 nəfər. Ancaq bu artım 2016-cı ildə 3990 nəfər olub. Yəni Ermənistanda əhalinin təbii artım faizi 38,3% aşağı düşüb”, - deyə də şöbə rəisi əlavə edib.

Beləliklə, işğalçı ölkədə əhalinin sürətlə azalması davam edir. Əlində açıqlanan rəqəmlər, demoqrafiya ilə bağlı mənfi tendensiyalar, o sırada emiqrasiya və təbii artımın azalması nəticədir. Səbəb isə Ermənistanın düşdüyü ağır sosial-iqtisadi durum və izolyasiya vəziyyəti ilə birbaşa bağlıdır.

Bu durumu şərtləndirən əsas faktor isə həll olunmamış Dağlıq Qarabağ konflikti, İrəvanın Azərbaycana qarşı davam etdirdiyi işğalçılıq siyasətidir. Nə qədər ki, Qarabağ məsələsi öz ədalətli həllini tapmayıb, nə qədər ki, Ermənistan Azərbaycana qarşı ərazi iddiasından əl çəkməyib, Azərbaycanın və Türkiyənin işğalçıya qarşı blokada siyasəti də davam edəcək.//musavat.com

Bu da o deməkdir ki, qonşu ölkənin iqtisadiyyatı heç vaxt böhranlı durumdan çıxıb inkişaf edə, ölkədə normal iqtisadi münasibətlər sistemi formalaşa bilməyəcək. O zaman kimi xarici sərmayələrə də bel bağlamağa dəyməyəcək. Yekun isə düşmən ölkə əhalisinin ağır güzəranı, kütləvi köç olacaq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300