Ermənistan girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin işinə Avropa Məhkəməsində baxılacaq.

Virtualaz.org-un məlumatına görə, bu barədə vəkil Fariz Namazlı Facebook səhifəsində məlumat verib.

Vəkil qeyd edib ki, Avropa Məhkəməsi Firuzə Əsgərova və Albina Veselyova Ermənistana qarşı iş üzrə kommunikasiya başlayıb: "Bunlar 2014-cü ildə erməni işğalı altında olan Kəlbəcər rayonunda erməni silahlı qüvvələri tərəfindən əsir götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin həyat yoldaşlarıdır. Avropa Məhkəməsi Konvensiyanın 3-cü maddəsi (tutularkən, saxlanıldığı dövrdə, mühakimə olunan zaman qeyri insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması), 5.2 (tutularkən başa düşdüyü dildə həbsinin izah olunması), 5.3 (qanunla yaradılmış səlahiyyətli məhkəmə qarşısına çıxarılma), 5.4 (həbsin qanunsuzluğunu mübahisələndirmək üçün effektiv vasitəyə malik olma), 6.1 (ədalətli və açıq məhkəmə araşdırılması hüququ), 6.2 (dövlət qurumlarının onlar barəsində yaydığı bəyanatların təqsirlsizlik prezumpsiyası hüqqunu pozması), 6.3 a bəndi (ittihamların başa düşüldüyü dildə məlumatlandırılmaları), 6.3 b bəndi (müdafiə üçün lazımi vaxt və imkana malik olma), 6.3 c bəndi (effektiv müdafiəyə malik olma), 6.3 e bəndi (tərcüməçinin köməyindən istifadə etmə), 8 (doğma torpaqlarını ziyarət etmə ilə şəxsi və ailə həyatına hörmət hüququnun pozuntusu), 4 saylı protokolun 2-ci maddəsi (tanınmamış sərhədin qanunsuz keçirməyə görə ittiham olunmalarının hərəkət etmək azadlığını pozması), bu sərhədkeçmənin 7-ci maddəyə görə cinayət əməli hesab edilib edilməməsi, 13-cü maddə (effektiv müdafiə vasitələrinə malik olma), 14 (etnik və ya milli ayrı-seçkiliyə məruz qalma) maddələrinin pozuntusunun olub-olmaması ilə bağlı Ermənistan hökumətinə suallar ünvanlayıb”.

Vəkil qeyd edib ki, ərizəçilərin hüquqlarını Anar Bağırov müdafiə edir. F.Namazlı bildirib ki, məhkəmə həmçinin hökumətdən Dilqəm və Şahbazın sağlamlıq durumu ilə bağlı sənədlərin də təqdim edilməsini tələb edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300