Türkiyənin məşhur "Çocuklar duymasın” serialındakı bir səhnədə FETÖ-nu tərifləyən "Barış Köprüleri” (Sülh körpüləri) adlı kitabın nümayişi izləyənlərin diqqətini çəkib.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, ekranlara yenidən qayıdan serialın yeni bölümündə yük maşınlarının üstündəki şəkillər söz-söhbətə səbəb olmuşdu.

Bu dəfə isə serialın baş rolları Haluk və Meltemin arxasındakı kitab rəfi etirazlara səbəb olub. Belə ki, kitab rəfindəki "Barış Köprüleri” adlı kitab terror təşkilatı FETÖ-nun dünya ölkələrində necə formalaşmasından bəhs edir.

Serialın ssenari müəllifi Birol Güven daha əvvəl də FETÖ-nun təşkil etdiyi "XI Türk dili Olimpiadası”nda münsif olmuşdu. Həmçinin, FETÖ-nun media qurumu "Samanyolu” telekanalının yaranmasının 20-ci ildönümündə də təbrik mesajı yazmışdı.

Sonuncu qalmaqaldan sonra isə ssenarist sosial media hesabından ictimaiyyətə bir açıqlama verib və izləyicilərdən üzr istəyib. O, bildirib ki, dekorator kitabı rəfə bilmədən yerləşdirib. Onun mövzusu ilə heç bir məlumatlarının olmadığını da söyləyib.


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300