"Dövlətin "Regionlarda sosial-iqdisadi inkişaf proqramı” çərçivəsində Cəlilabad rayonuna ayrılmış 10 milyonlarla vəsaitin böyük hissəsi rayon rəhbərliyinin korrupsiya maraqlarına qurban verildiyindən, bu proqram üzrə nəzərdə tutulmuş bir-sıra sosial obyektlərin tikintisi, su-kanalizasiya sisteminin və yolların çəkilişi kimi vacib layihələr yarımçıq qalıb. Proqram tam iflasa uğrayıb!”

Bu fikirlər Müsavat Partiyası Cəlilabad rayon təşkilatının bəyanatında əks olunub.

"Basta”ya təqdim olunan sənəddəbildirilir ki, rayonun səhiyyə və təhsil sistemində tənəzzül hökm sürür: "Ucqar kəndlərdə tədris olduqca acınacaqlı durumdadır. Dərslər məktəb adına daxmalarda keçirilir, əmək haqqı cədvəlində göstərilən müəllimlərin xeyli hissəsi faktiki olaraq rayonda yaşamır və bəziləri ümumiyyətlə xaridədirlər. Bir sözlə, Təhsil İdarəsi korrupsiya ilə məşğuldur”.

Bəyanatda daha sonra deyilir:

"Ağ ölüm” artıq orta məktəblərə də keçib. Bəzi məktəblərdə yuxarı sinif şagirdləri narkotik maddələrin qəbulu və hətta satışına qurşanıblar.Cəlilabadda narkotik maddə alverinin tüğyan etməsi bir-başa rayon rəhbərliyinin və inzibati strukturların yarıtmaz fəaliyyətlərinin nəticəsidir!Rayonda "narkobaronlar” və bu "bizneslə” məşğul olanlar himayə olunurlar.Baş verən qanunsuzluqlara etiraz edənlər bir-başa icra başçısı Əziz Əzizovun göstərişiylə şərlənərək, həbs olunurlar.

Bu özbaşnalıqlar respublika rəhbərliyinin susqunluğu ilə müşayət olunur.Müsavat Partiyası Cəlilabad rayon təşkilatı bu özbaşnalığı pisləyir və hakimiyyətdən buna son qoyulmasını qətiyyətlə tələb edir”.//bastainfo.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300