Dünən Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu "Qarabağ” növbəti avrokubok sınağına çıxıb.

Ağdamtəmsilçisi Moldovada bu ölkənin ən titullu klubu "Şerif”in qonağı olub. Bakıda rəqibini məğlub edə bilməyən (0:0) Qurban Qurbanovun yetirmələri səfərdə qələbəyə sevinib (1:2).

Ardıcıl 4-cü dəfə Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksələn ağdamlılar tilsimlənmiş raundu nəhayət keçə bilib. Əvvəlki üç mövsümdə "Zalsburq”, "Seltik” və "Viktoriya” sədlərinə ilişdikdən sonra mübarizəni Avropa Liqasında davam etdirən "Qarabağ” bu xoşagəlməz tendensiyanı qırıb.

Tiraspolda uğur qazanmaqla bu turnirin pley-offuna yüksələn "Qarabağ” qrup mərhələsinə vəsiqəni təmin edib. Çünki növbəti raundda məğlubiyyət Avropa Liqasının, qələbə isə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə verir.

Beləliklə, Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirində "play-off” mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olub

Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu

1 avqust

"Şerif” (Moldova) – "Qarabağ” (Azərbaycan) – 1:2

Qollar: Badibanqa, 90+4 (pen.) – Ndlovu, 45+3, Miçel, 86

Baş hakim: Roy Reynşreyber

Baş hakimin köməkçiləri: Amihay Yehoşua Mozes, Dan Uçeniç

Dördüncü hakim: Daniel Bar Natan (hamısı İsrail)

UEFA nümayəndəsi: Edqars Pukinsks (Latviya)

Hakim-inspektor: Paulius Malzinskas (Litva)

Tiraspol. "Şerif” stadionu

İlk oyun – 0:0


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300