Şimali Koreyada 3.5 milyon işçi, partiya üzvü və əsgər könüllü olaraq, yenidən ordu sıralarına qoşulmaq üçün müraciət ediblər. Bu məlumatı şənbə günü Rodong Sinmun adlı ölkənin rəsmi qəzeti yayıb. Onların bildirdiyinə görə, könüllülər BMT-nin sanksiyaları müqavimət göstərmək və Pxenyan ilə Vaşinqton arasında gərginliyin artması ilə əlaqədar ABŞ-a qarşı döyüşməyə hazır olduqlarını bildiriblər.

Bu həftənin əvvəli nüvə silahına malik olan Şimali Koreya ABŞ-ın Sakit Okeandakı ərazisi, Quamı hücumla hədələyib.

Çərşənbə axşamış Pxenyanda hökümətə dəstək nümayişi məqsədilə kütləvi yürüş keçirilib. Şimali Koreya daha öncələr də regionda gərnginliyin artıdığı zamanda böyük sayda insan səfərbər edib.

2015-ci ilin avqustunda iki Koreya arasındakı hərbsizləşdirilmiş ərazidə minanın partlayışı gərginliyin artmasna səbəb olmuşdu. O zaman bir milyon şimali koreyalı orduya qoşulmaq və ya yenidən qoşulmaq müraciəti ilə çıxış etmişdi.

2013-cü ildə Şimali Koreya ABŞ-ı Havay və Quam adalarındakı hərbi bazaları raketlə vuracağı ilə hədələmişdi. Həmin vaxt rəsmi Pxenyan xarici diplomatları ölkəni tərk etməli olduqları ilə xəbərdarlıq etmişdi ("Amerikanın səsi").

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300