"Həyəcan varsa, deməli, məsuliyyət var”

Musavat.com xəbər verir ki, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Ağdam klubu Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində sabah "Kopenhagen”i qəbul edəcək.

Matçdan öncə mətbuat konfransı keçirən Qurbanov fikirlərini bildirib:"Hər bir futbolçumuz çox məsuliyyətlidi. Yaxşı, amma oyun tərzi bizə uyğun olmayan komandaya qarşı çıxış edəcəyik. Ən yaxşı oyunumuzu meydanda göstərməyə çalışağıq”.

- Sabahkı oyunöncəsi komandada vəziyyət nə yerdədir?Futbolçularda gərginlik yoxdur ki?

- Optimal formamızdan uzağıq. Çünki bəzi futbolçularda mikrozədələr oldu. Amma demək olar ki, hamı qaydasındadır. Sadəcə, bəzi futbolçularım hazırlığı məni narahat edir. Bunun da müəyyən səbəbi var. Bu görüş Azərbaycan futbolu üçün önəmlidir. Futbolçuların üzərinə getmək, onları gərginlikdə saxlamaq düz çıxmaz. Komandada həyəcan var. Amma həyəcan varsa, deməli, məsuliyyət var. Oyunun mahiyyətini hamımız başa düşürük.

- Püşkatmadan sonra rəqibin oyununu canlı izləmək mümkün olubmu?

- Hansı ölkənin komandasının bizə rəqib olduğunu bildikdən sonra canlı izləməyə ehtiyac yoxdu. Daha çox videoyazılara baxmışıq, bizim üçün bunlar önəmlidir. Bunun sayəsində rəqib haqda məlumat toplamışıq.

- Bundan əvvəl də Skandinaviya klubları ilə qarşılaşmısız. Rəqibin oyunlarını canlı izləməməyiniz bundan irəli gəlir?

- Sabah özünüz də görəcəksiz ki, rəqibin oyun sistemi heç vaxt pozulmur. Bu mənada, oraya getməməyimiz arxayınlıqla bağlı deyil. Düzdür, Skandinaviya ölkələrinin komandaları ilə qarşılaşmışıq. Amma Danimarka klubları fərqlidir. Sıx qrafikimiz var. Bu gün üçün belə qərar verdik.

- "Kopenhagen” Danimarka çempionatında yaxşı çıxış etmir. Bu sizə necə təsir edəcək? Hazırlığı rəqibə uyğun keçmisiz?

- Rəqib Danimarka çempionatında son matçlarda xal itirib. Çempionatla Avroliqa oyunları tam fərqlidir. "Kopenhagen”in çox böyük təcrübəsi var və bu bizə hər an mane ola bilər. Ağır olsa da, əlimizdən gələni edəcəyik. Oyunun gedişində bəzi dəyişiklərə əl ata bilərik. Sabah futbolçularım düzgün oyun qurmağa çalışacaqlar.

- Donald Gerryenin durumu nə yerdədi?

- Sağlamlığı pis deyil. Sabah həkimlərin fikrini bir dəfə soruşacam. Bundan sonra qərarımı verəcəm.

- Avropa Liqasının qrup mərhələsini təmin etmisiz. Bunu bilib, meydana çıxmaq futbolçulara necə təsir edəcək?

- Biz sabah Çempionlar Liqasının matçına çıxacağıq və onun himni səslənəcək. Belə ağır oyunları çox keçirmişik. Çalışmışıq ki, məğlub olanda da meydanı başıyuxarı tərk edək. Ən azı, bu səviyyədə qalmalı və getdikcə daha da "artırmalıyıq”.

- Dani Kintananın yenidən zədələnməsi planlarınızı pozmadı ki?

- Əlimdə nə qədər çox futbolçu olsa, bir o qədər yaxşıdı. Şükürlər olsun ki, zədəsi çox ciddi deyil. Yəqin tam formasını bərpa etməsi üçün 1 ay lazım olacaq.

Məhəmməd Türkmən, musavat.com


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300