Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçlarına start veriləcək.

Apasport.az saytının məlumatına görə, Azərbaycan futbolu tarixində ilk dəfə ölkəmiz bu raundda təmsil olunacaq. Ardıcıl 4 dəfə ölkə çempionu olan "Qarabağ” qitənin ən nüfuzlu klub turnirində qrupa düşmək üçün son addımı atmağa çalışacaq. Son 3 ildə pley-offun astanasında ilişən Qurban Qurbanovun yetirmələri bu raunddakı ilk matçını evdə keçirəcək. Ağdamlılar Tofiq Bəhramov adına Respublika stadionunda "Kopenhagen”lə üz-üzə gələcək. Əyalət klubu Danimarka çempionunu zərərsizləşdirməklə daha bir tarix yazmağın astanasındadır.

Bu, Azərbaycan klublarının şimal ölkəsinin təmsilçiləri ilə ikinci duelidir. İlk qarşılaşmalar da məhz bu iki komanda arasında olub. 1998/99 mövsümünün Kuboklar kubokunda "Qarabağ”la "Kopenhagen”in yolları kəsişib. Həmin vaxt iki oyunun cəmində 0:10 (0:6 və 0:4) hesabı ilə uduzan "Qarabağ” 19 il sonra revanş almağa köklənib.

Qeyd edək ki, "Qarabağ”la "Kopenhagen” arasında cavab oyunu avqustun 23-də keçiriləcək. Cütün qalibi Çempionlar Liqası, məğlub komanda Avropa Liqasının qrupunda oynayacaq.

Çempionlar Liqası
Pley-off mərhələsi
İlk oyun
15 avqust

20:00. "Qarabağ” (Azərbaycan) – "Kopenhagen” (Danimarka)
Baş hakim: Paolo Taqliavento (İtaliya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300