"Çempionlar Liqası”nın himni yeni aranjimanda təqdim olunub.

AzNews.az yerli mətbuata istinadən xəbər verir ki, "Voice of Azerbaijan” televiziya agentliyinin rəhbəri Şakir Eminbəyli Qarabağ futbol klubuna dəstəyini bildirmək üçün Çempionlar Liqasının himnini milli üslubda təqdim edib.

Himn Azərbaycanın milli musiqi alətləri və muğamı ilə remiks edilib.

Aranjimanın hazırlanmasında xalq artisti Ənvər Sadıqov və Emil Əfrasiyabın zəhməti qeyd olunur. Bundan başqa, əməkdar artistlər Ələkbər Ələkbərov, Abbas Səfərov, Orxan Musayev, səs rejissoru Bəxtiyar Həsənov, Opera teatrının solistləri Elşən Mənsurov, Səbinə Əsədova, Fəridə Məmmədova və Elnur Zeynalov da aranjimana öz töhfələrini veriblər.

Qeyd edək ki, Ağdamın "Qarabağ” futbol klubu bu gün Danimarkanın "Kopenhagen” klubu ilə qarşılaşacaq. Matç Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da start götürəcək.

"Play-off” qarşılaşmasında matçın əvvəlində "Çempionlar Liqası”nın himni də səsləndiriləcək. Bu, Azərbaycan futbol tarixində bir ilkdir.


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300