"Mən bu günə kimi dəqiq bilirdim ki, Rəşad Məcid nə şairdir, nə də yazıçı. Ümumiyyətlə, o adamın içində ədəbiyyat adına iynənin ucu boyda da işıq yoxdur". 

Bunu Moderator.az-a açıqlamada yazıçı Kəramət Böyükçöl bildirib. 

Kəramət Böyükçöl deyib ki, Rəşad Məcidin ədəbiyyat adamı olmadığı hamıya bəllidir: "O, sözdən 525 il uzaq olan bir adamdır. Onu Anar müəllimin və başqa bu kimi adamların yanında az-çox maraqlı eləyən sadəcə, ərköyünlüyüdür. Bu yaşda bir kişinin şıltaqlığı müəyyən adamlara xoş gəlir deyə, onu dəcəl bir uşaq kimi yanlarında saxlayırlar ki, Ayxan Ayvaz, Kəramət Böyükçöl və kimi yazarları mətbuatda, məişətdə təhqir eləsin. 

Mənim 27 yaşım var, Rəşadınsa 50. Rəşad dünən də mətbuatda mənə ağzına gələni deyirdi, bu gün də deyir, sabah da deyəcək. Mən vodka içirəm, yaxşı eləyirəm, istedadlı adamların qanını içmirəm ki...  Onu məhz mənə cavab vermək üçün gənclər üzrə katib saxlayıblar. Rəşaddan başqa cür istifadə eləmək mümkün deyil. Onu hələ ki, ayaqda saxlayan əlindəki qəzet və katiblik vəzifəsidir. Rəşadın bircə misrası da yoxdur ki, buna görə onu sevək, çox istəyək". 

Gənc yazıçı bildirib ki, Rəşad Məcid jurnalist kimi dünəndən yoxdur: "Çünki Rəşad jurnalist olsaydı, mənim ondan müsahibə almağımı qarşısında əyilməyim kimi yozmazdı. Mənə deyirlər, Rəşaddan müsahibə al, mən də alıram. Dünən də dedilər, aldım, bu gün də dedilər, aldım, sabah da deyəcəklər, alacağam. Bu yerdə Əliağa Vahidin məşhur beyti yadıma düşür. Yeri gəlmişkən, mən Rəşad Məciddən iki dəfə müsahibə almışam. İkisini də ciddi şəkildə redaktə eləyib, sonra çapa getməyinə qol çəkib. Çünki söyüş, təhqir dilində cücərib. Oturub-durub deyir ki, mən gənclərə qol-qanad vermişəm. Onun özünün qolu-qanadı var ki, kiməsə nəsə versin? Onu-bunu çağırır ki, gəlib gənclərə ustad dərsi desin, niyə bir dəfə o dərsdən özü keçmir, niyə bir dəfə gənclərə ədəbiyyatdan danışmır? Çünki bilmir, başı çıxmır. Hafiz Hacıyev siyasətdə nəyə lazımdırsa, Rəşad Məcid də ədəbiyyatda o missiyanı yerinə yetirir. Adamları söymək, təhqir eləmək Rəşadın bacardığı ən yaxşı işdir".

Qeyd edək ki, bu gün AYB katibi Rəşad Məcid Moderator.az-a verdiyi açıqlamada Kəramət Böyükçölü tənqid edib. 
 
MODERATOR.Az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300