ABŞ ordusunun baş qərargah rəisi, general Josef Dunford bəyan edib ki, Şimali Koreya iki ölkədən birinə hücum edərsə, bu, hər iki ölkəyə edilmiş hücum olacaq.

Şimali Koreyanın ballistik raket və nüvə silahı proqramlarının inkişaf etdirməsi bölgədə vəziyyəti gərginləşdirib. Kim Çen İnin Quamı vurmaq qərarını təxirə salmasına baxmayaraq, Pxenyan Yaponiya üzərindən Sakit okeanda yerləşən Quamı vurmağı planlaşdırıb.

ABŞ-in müdafiə naziri Cim Mattis, dövlət Katibi Reks Tillerson Yaponiyanın müdafiə naziri ilə Vaşinqtonda görüşüb Şimali Koreya təhlükəsini müzakirə ediblər. General Josef Dunford bildirib ki, nazirlər iki ölkə arasındakı əlaqələrdə əsas məsələləri müzakirə ediblər.

"Regionda təhlükəsizlik çox vacibdir və əlbəttə ki, bizim fokuslaşdığımız problem Şimali Koreyadır. Hər iki tərəf üçün bir gerçək vardır – Şimali Koreya hansına hücum edərsə hər iki ölkəyə də hücum etmiş sayılır” – o, açıqlayıb.

ABŞ-ın Yaponiyadakı yeni səfiri bu gün Yaponiyanın baş naziri Çinzo Abe ilə görüşüb, iki ölkə arasındakı münasibətləri və regionda baş verən hadisələri müzakirə edib. Səfir Uilyam Hagerti qeyd edib ki, ABŞ-Yaponiya müttəfiqliyi dünyanın ən böyük ittifaqıdır.

Görünən odur ki, Şimali Koreya ordusunu gücləndirdikcə Yaponiya da müdafiəsini gücləndirir.

Yaponiya Müdafiə Nazirliyi Şimali Koreyanın ballistik raket hücumuna qarşı quruda "Aegis Ashore” adlı raketdən müdafiə sistemini təqdim etmək istəyir. Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin Reuters-ə bildirdiyinə görə, Yaponiya növbəti büdcə ilində bu layihəni həyata keçirmək üçün maliyyə axtarışındadır.

Baş qərargah rəisi Dunford qeyd edib ki, ABŞ layihə üçün gərəkli olan köməkliyi göstərəcək.

Yaponiyanın xarici işlər naziri də Vaşinqtonda bəyan edib ki, Yaponiya Şimali Koreya təhlükəsinə qarşı müdafiəsini gücləndirəcək. Bundan əlavə o, qeyd edib ki, Çinin dənizdə artan iddialarına qarşı sahil təhlükəsizliyini də təmin etmək üçün 500 milyon dollar vəsait ayrılacaq.

Yaponiya növbəti beş ildə müdafiə xərclərini artırmağı planlaşdırır. Bu, Müdafiə Nazirliyi tərəfindən arzu olunan olsa da, nazirlik əksini düşünür.

Şimali Koreya davamlı olaraq Yaponiyanı təhdid edir. Yaponiyada ABŞ ordusunun 54000 nəfərlik hərbi heyəti yerləşir. Bura həmçinin ABŞ və Cənubi Koreyaya məxsus silahlar da daxildir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300