Sabirabadda atasına heykəl qoyduran deputat Prezident Administrasiyasına (PA) çağrılıb.

"Basta”xəbər verir ki, bu barədə AzEuroNews.com-a deputatdan PA-ya şikayət məktubu ünvanlayan rayonun Nizami kənd sakinləri məlumat veriblər. Onların sözlərinə görə, Sabirabad rayonundan millət vəkili seçilən Rüstəm Xəlilovun atası Gülabba Xəlilov üçün heykəl qoyduraraq rayon sakinlərinə heykəli məcbur ziyarət etmələri göstərişini verdikdən sonra, kənd sakinləri PA-ya şikayət ərizəsi ilə müraciət ediblər.

"Prezident Administrasiyasına getdik. Dedilər ki, şikayətinizi yazılı olaraq bildirin. Dedilər ki, narahat olmayın, bu haqda ölçü götürüləcək. Biz də şikayətimizi elə oradaca yazıb, imzaladıq. Xəbər aldıq ki, artıq Rüstəm Xəlilov PA-ya çağrılıb. Ümid edirik ki, deputat bu əməlinə görə, cəzalanacaq”deyə şikayətçi rayon sakinləri saytımıza bildiriblər.

Onların sözlərinə görə, deputat atasının heykəli ilə bağlı xəbərlərin yayılmasından sonra kənd sakinlərindən qisas almağa başlayıb:"Kəndin icra nümayəndəsinə tapşırıb ki, kənd camaatı öz aralarında bölgü edərək hər gün biri atamın heykəli ətrafını süpürsün, heykəlin üstündəki gülləri yeniləsin”.

Mövzu ilə bağlı deputat Rüstəm Xəlilovla əlaqə saxlamağa çalışdıq. Lakin, deputat çoxsaylı zənglərimizə cavab vermədi. Qarşı tərəfin də məsələyə münasibətini öyrənib dərc etməyə hazırıq.

Xatırladaq ki, deputatın atası Xəlilov Gülabba 1982-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı, daha sonra Lenin ordeni ilə təltif olunub.

Deputatın atası Xəlilov Gülabbanın heykəli

Deputatın atası Xəlilov Gülabbanın heykəli

Qeyd edək ki, Xəlilov Rüstəm 64 saylı Sabirabad ikinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının üzvü kimi deputat seçilib, Milli Məclisin Regional məsələlər komitəsinin üzvüdür.//bastainfo.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300