Türkiyəli tanınmış tarixçi, professor İlber Ortaylı deyib
ki, türklər arasında azəri adlı bir millət yoxdur. Azərbaycanlı başqadır, Azəri
başqa
"Azəri milləti anlayışını Stalin uydurub. Kommunist şairlər də şerlərində
"türk qızları" yazıblar. Bunu Stalin uydurub. Stalin cahil bir
gürcüdür. Milliyətdən başı çıxmayıb. Çox savadsız, cahil biri olub” - deyə
İlber Ortaylı bildirib.
Məsələ ilə bağlı Xalq şairi, eks-deputat Sabir Rüstəmxanlı Modern.az-a açıqlama
verib.
S. Rüstəmxanlı deyib ki, azəri deyilən bir millət türklər arasında yoxdur.
"Azərilər kiçik xal olub. Onların fars dilinə yaxın bir dildə danışdığı ehtimal
olunur. Azəri ayrı millətdir azər ayrı. Türklər arasında necə ki, kəngər, hacər,
bulqar, azər və s. xalqı olub. Doğurdan da, azəri deyilən bir millət türklər
arasında yoxdur. Azərbaycanlılar türklərdir. Düzdür, Azərbaycanda başqa xalqlar
da var.
Amma burada yaşayan titul, əsas xalq Azərbaycan türkləridir. Stalinə qədər də
azərbaycanlılar özlərinə türk deyirdilər. Daha sonra Stalin bunu dəyişib azərbaycanlı
etdirdi. 1930-cu ilə qədər bizim babalarımızın, dədələrimizin pasportunda türk
yazılırdı”.
Xalq şairi bildirib ki, Kommunist şairlər də şerlərində "türk
qızları" yazıblar.
"Səməd Vurğun "Rəhbərə Salam” şeirini Stalinin qarşısında oxuyanda "çadrasız,
boyasız türk qızlarından, salam gətirmişəm hüzuruna mən” deyib. Bu türk sözü
rusların qulağını deşib.
Çünki onlar türk düşməni idi. Daha sonra Stalin Mircəfər Bağırova deyib ki,
türk sözünü azərbaycanlı elə. Azərbaycanlılar türk deyil. Beləliklə bir xalqın
taleyində çox faciəvi bir dönəm başlayıb. Bu günə qədər də o səhv davam edir.
Ona görə də türkiyəli tanınmış tarixçi, professor İlber Ortaylının fikirlərində
həqiqət var”.