Uçuq insanı həm narahat edən, həm də ağrı verən bir vəziyyətdir. Geniş yayılmış bu problem daha çox ağız çevrəsində meydana gəlir.
Uçuqdan xilas olmaq üçün bir çox təbii üsul var:
1.Qaynadılmış kartofları əzin. Daha sonra uçuq olan bölgəyə 3 və ya 4 dəfə qoya bilərsiniz.
2.Təzə kahı yarpaqlarını qaynadın. Əzin və sıyıq halına gətirin. Həmin sıyığı uçuğun üzərində 15-20 dəqiqə saxlayın.
3.Ortadan 2 hissəyə böldüyünüz bir diş sarımsağı müəyyən fasilələrlə uçuğun üzərinə qoymaq qısa müddətdə uçuğun keçməsini təmin edəcək.