Türkiyənin "Qalatasaray” idman klubunun İdarə Heyətinin üzvü Ural Aküzüm Çempionlar Liqasına vəsiqə qazanan "Qarabağ" futbol klubunu təbrik edib.

 

U.Aküzüm Feysbuk səhifəsində yazıb: "Baba yurdumun komandası "Qarabağ Ağdam"la qürur duyduq. Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək Azərbaycan üçün bir ilkdir! Qurban Qurbanov və yetirmələrinə uğurlar diləyirəm".

 

Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Kopenhagen" komandasına 2:1 hesabı ilə məğlub olsa da, Bakıda ilk oyunda qazanılmış minimal qələbə sayəsində Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. (Trend)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300