Yaxın gələcəkdə ABŞ Venesuelaya qarşı hərbi əməliyyat
planlaşdırmır.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ
prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Qerbert Makmaster bəyan
edib.
"İstənilən qərarı regiondakı tərəfdaşlarımızla qəbul edəcəyik . Yaxın gələcəkdə
hər hansı hərbi əməliyyatın keçirilməsi planlaşdırılmır. Bununla belə, vəziyyətdən
asılı olaraq müxtəlif variantları nəzərdən keçirməyə davam edəcəyik”, deyə
Q.Makmaster qeyd edib.
Bu gün ABŞ prezidenti Donald Tramp Venesuelaya qarşı yeni sanksiyalar tətbiq
edib. Cəza tədbirləri maliyyə sahəsini əhatə edib.
Ulu Yol Xəbər portalı » Siyasət » Trampın müşaviri: “ABŞ Venesuelaya qarşı hərbi əməliyyat planlaşdırmır”
Xəbər lentİ
Yazarlar
Müstəmləkə cinayətlərinə rəğmən müstəqillik əzmini itirməyən Əlcəzair - TƏHLİL
/
1-11-2022, 21:12
/